Qanunsuz bank fəaliyyətilə məşğul olmuş şəxsə hökm oxundu - 1 MİLYARD MANATLIQ CİNAYƏT
İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q. Kamil lisenziyası olmadığı halda faktiki olaraq bank fəaliyyəti göstərib. Belə ki, o, Bakı şəhəri üzrə pul vəsaitlərinin 0,4 faizi məbləğində, Rusiyanın Moskva, Ukraynanın Kiyev, Gürcüstanın Tiflis və Türkiyənin İstanbul şəhəri üzrə isə pul vəsaitlərinin 0,2 faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərib.
O, bu işdə istintaqla şəxsiyyətləri müəyyən edilməyən Moskvada Sahil, Ukraynada Saşa, Gürcüstanda Baço, Türkiyədə isə Nüsrət adlı şəxslərlə əlbir olub.
Bu səbəbdən 34 yaşlı Kamil hakim qarşısında 192.2.3 maddəsi (Qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunub.
Qeyri-qanuni bankın ofisi isə paytaxtın Nərimanov rayonu, K.Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən “Green Park” yaşayış kompleksinin 29 nömrəli mənzili olub.
Vüsal burada ona müraciət edən ayrı-ayrı şəxslərdən qeyd edilən qaydada müxtəlif məbləğlərdə pul vəsaiti alıb və qəbul etməli olan şəxslərə şəxsən və əlbir olduğu şəxslər vasitəsilə təhvil verilməsini həyata keçirib. Təqdim etdikləri pul vəsaitinin məbləğinə görə isə faiz alıblar.
Belə ki, qruplaşma 2019-cu ilin noyabrından 2021-ci ilin sentyabrınadək ümumilikdə 92.740.581,65 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 157.658.988,81 manat məbləğdə valyutanın faktiki olaraq qeyri-qanuni şəkildə köçürmə - həvalə yolu ilə əvəzləşdirilməsi həyata keçirilib. Bu işə görə həmin məbləğin 0,4 faizi olan 370 962 dollar, yəni 630 635 manat qazanc kimi götürülüb.
Ümumilikdə həmin dövrdə Bakı, Moskva, İstanbul, Kiyev və Tiflis şəhərlərində qeyd edilən 4 ölkə ərazisi üzrə ofislərdə 625.138.174,17 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 1.062.734.896,09 manat məbləğdə pul vəsaitinin qanunsuz sahibkarlıq fəaliyyəti üzrə dövriyyəsini həyata keçirilib. Bunun qarşılığında isə ümumilikdə 2.756.105 manat gəlir əldə edilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Qənbərov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, etdiyi əməli adi borc münasibəti və xidməti adlandırıb. Təqsirləndirilən şəxs bu müddət ərzində qazancının 70-80 min dollar olduğunu bildirib.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesin yekununda hökm oxunub. Kamil Qənbərova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 2 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























