Dövlət Xidməti ət bazarında qiymətlərlə bağlı monitorinqlər keçirir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Bu barədə Qurban bayramı ərəfəsində ət bazarında vəziyyət ilə bağlı olaraq Dövlət Xidmətindən bildirilib.
Qurumun cavabında qeyd olunub ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyən malların (işlərin, xidmətlərin), o cümlədən qoyun ətinin qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir:
“Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinqlər aparılır. Bununla yanaşı, həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır”.
Dövlət Xidməti istehlakçılara istehlak bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















