Azərbaycanda bu da yaradıldı
Bitki və bitkiçilik məhsullarının sağlamlığının qorunması məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş bitki klinikası istifadəyə verilibAzərbaycanda bitki və bitkiçilik məhsullarının sağlamlığının qorunması məqsədilə fermerlərə xidmət üçün "AGRO" bitki klinikası və onun nəzdində "Fitolab" Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası istifadəyə verilib.
Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, o cümlədən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, digər aidiyyəti qurumların, elmi-tədqiqat müəssisələrinin nümayəndələri, fermer və sahibkarlar iştirak edib.
Bildirilib ki, hazırda dünyada baş verən qlobal istiləşmə bir çox zərərli orqanizmlərin artmasına və yayılmasına səbəb olur, nəticədə bitki örtüyü zərər görür. Zərərli orqanizmlərlə mübarizə ilə yanaşı, sağlam bitki və bitkiçilik məhsullarının əldə olunması üçün torpaqların münbitliyinin qorunması və əkindən öncə aqrokimyəvi analizlərin aparılması, sağlam toxumdan və düzgün suvarma suyundan istifadənin vacibliyi diqqətə çatdırılıb.
Klinika mədəni və yabanı bitkilərin zərərli orqanizmlərdən (həşəratlar, xəstəliklər, alaq otları və s.) qorunması və zərərvericilərlə mübarizə istiqamətində fermer və sahibkarlara xidmət göstərəcək. Eyni zamanda fermerlər torpağı, suvarma suyunu, sağlamlığı şübhə altında olan bitkiləri və ya bitkiçilik məhsullarını laborator müayinələrə təqdim edə bilərlər. "Fitolab" Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası karantin ekspertizası, mikrobioloji və molekulyar bioloji analizlərin aparılması üçün lazım olan müasir cihaz və avadanlıqlarla təchiz edilib. Laboratoriyada fitosanitar - entomoloji, herboloji, fitohelmintoloji, bakterioloji, virusoloji və mikoloji müayinələr aparmaq mümkündür. Bununla yanaşı, laboratoriyada nitrat və nitritlərin qalıq miqdarının təyini, o cümlədən suvarma suyunun fiziki-kimyəvi və mikrobioloji müayinələri də həyata keçirilir. Elektron sistemlə təmin olunan laboratoriyada bütün proseslər kameralar vasitəsilə izlənir.
Sonda tədbir iştirakçıları laboratoriyaya baxış keçirib, aparılan müayinələrlə tanış olublar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























