Fed/Mester: Böhran riskləri artır
ABŞ Mərkəzi Bankının (FED) rəsmiləri faizin son 28 ilin ən kəskin (0,75 bənd) artırılmasından sonra açıqlamalarına davam edirlər.
Marja xəbər verir kiŞ FED üzvü Kristofer Uollerdən sonra Klivlend Fed sədri Loretta Mester də iqtisadiyyat və pul siyasəti ilə bağlı qiymətləndirmələr edib.
CBS-ə danışan Mester, FED-in 2 faizlik inflyasiya hədəfinə çatmasının bir neçə il çəkəcəyini bildirib. Fed-in qeyri-müəyyənlik dövründə çevik olması lazım olduğunu deyən Mester, inflyasiyanın azaldığına dair inandırıcı dəlillərə ehtiyac olduğunu vurğulayıb.
Mester, ABŞ iqtisadiyyatı üçün tənəzzül (böhran) qiymətləndirmələri edənlərin sırasına qoşulub. Mesterin sözlərinə görə, böhran riskləri artıb.
Fed üzvü Uoller daha 0,75 bəndi artımını dəstəkləyir
Fed üzvü Kristofer Uoller daha 0,75 bəndlik faiz artımını dəstəkləyəcəyini bildirib.
Uoller , FED-in inflyasiyanın azaldılması üçün bütün səylərini səfərbər etdiyini və tənəzzüllə bağlı narahatlığın şişirdildiyini bildirib.
Dallasda keçirilən konfransda çıxış edən Uoller , "İnflyasiyaya nəyin səbəb olduğu məni maraqlandırmır. İnflyasiya çox yüksəkdir, mənim işim onu aşağı salmaqdır" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
12 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
14 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























