“Relax” məhkəməyə verildi
Azərbaycanın ən böyük istirahət mərkəzlərindən biri sayılan "Relax Resort And Spa Hotel" barəsində məhkəmə iddiası qaldırılıb.
Hotel rəhbərliyi icbari sığorta qanunvericiliyini pozmaqda təqsirli bilinir. "Relax Resort And Spa Hotel"barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
İddia təsdiqini taparsa, hotel rəhbərliyini 5 min manat cərimə cəzası gözləyir.
Qeyd edək ki, "Relax" Azərbaycanda cənub bölgəsinin ən tanınmış istirahət mərkəzidir. Hotelin Lerikin deputatı İqbal Məmmədova məxsus olduğu iddia edilir.
Xatırladaq ki, "Relax" tez-tez neqativ hadisələrlə gündəmə gəlir. Belə ki, ötən il istirahət mərkəzinin ərazisində orada çalışan əməkdaşın meyiti tapılmışdı. Ailəsi isə onun qətlə yetirildiyini iddia edirdi. 2019-cu ildə isə sözügedən istirahət mərkəzində 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü. İnsident zamanı deputat Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdi.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Kriminalqafqaz”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























