Vilyam Hacıyev dəymiş ziyana görə 6 milyon manat ödəməyə hazırdır
"Bəzi işçilər gəlib burda mənim üzümə dururlar, yeyəndə yaxşı idi, amma..."İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Vilyam Hacıyev sərbəst ifadə verib. Sabiq icra başçısı verilmiş ittihamları qəbul etmədiyini deyib.
Vilyam Hacıyev ilk olaraq mənimsəmə epizodu üzrə danışıb. O, sözügedən maddə ilə bağlı cinayət törətmədiyini bildirib: "Məhkəmə istintaqı zamanı da göründüyü kimi, mən məktəb, xəstəxana və agentliklərdə olan mənimsəmələrdə ittiham olunuram. Halbuki həmin qurumların İcra Hakimiyyəti ilə əlaqəsi yoxdur. Mən dövlət büdcəsindən gələn gəlirdən əlavə iş adamı olan dostlarımın da dəstəyi ilə abadlıq işləri üçün 8 milyon manat pul xərcləmişəm. İndi burda "mənimsəmə var" deyənlərin sözünü sübut kimi qəbul edirlər, mənim dediklərimi yox. Bəzi işçilər gəlib burda mənim üzümə dururlar, yeyəndə yaxşı idi, amma..."
Sabiq icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və qanunsuz silah saxlama epizodları ilə bağlı da danışıb:
"İcra başçısı işləyən vaxt mənə təqdim olunan bütün sənədlər qanuni formada olurdu, digər işçilər nə isə pozuntular ediblərsə, mənim xəbərim olmayıb. Bəlkə də tabeliyimdə olan işçilərlə yumşaq davrandığım üçün belə rahat olublar. Rüşvətlə bağlı da heç bir əsas yoxdur. Ola bilər ki, hansısa dələduzlar kimdənsə pul alıblar, bunlar mənlik deyil. İllərlə arxamca qaçan bəzi ucuz məxluqlar indi gəlib əleyhimə danışdı. Mən heç kimdən rüşvət almamışam, heç kim də mənə rüşvət verməyib. Qanunsuz silahla bağlı da onu deyə bilərəm ki, orda söhbət sadəcə, bir neçə patrondan gedir. İstintaqın gəldiyi qənaətə görə bəzi patronların barıtı bir az çox olub. Bu maddə ilə insanı günahlandırmaq insafa sığmaz.
Onu da deyim ki, mən həbs olunandan soa yüzlərlə müharibə iştirakçıları və digər sakinlər azadlığa buraxılmağım üçün müraciətlər ediblər".
Vilyam Hacıyev istintaq orqanının depozitində saxlanılan pullardan əlavə ona miras kimi qalan 6 milyon manat pulu dövlət nəfinə ödəməyə hazır olduğunu deyib: "Verilmiş maddələrlə bağlı özümü təqsirli bilməsəm də, qanunsuzluqlar mənim işlədiyim dövrdə olub. Ona görə, dəymiş ziyanı ödəyə bilərəm".
Prosesin davamında dövlət ittihamçısı Vilyam Hacıyevə suallar verib.
Təqsirləndirilən şəxs və vəkili sənədlərin tədqiqindən əvvəl suallar verilməsinə etiraz edib.
Vilyam Hacıyev dövlət ittihamçısının suallarına cavab verməyib.
Proses iyunun 3-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti























