Milli Marketinq Forumu 2022-nin spikerləri bəlli oldu!
10-11 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da “Öz Yolumuz” şüarı ilə bu il VIII dəfə keçiriləcək Milli Marketinq Forumu 2022-nin spikerləri bəlli olub.
“FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcək forum 7 paneldən ibarət olacaq. 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
İki gün davam edəcək tədbirin ilk günü I Panel “Milli keyslər” mövzusuna həsr ediləcək. “Sağlam Ailə” klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutacaq paneldə “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova və Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü, Oba Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov öz təcrübəsini paylaşacaq.
“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə II panel “Data və İstehlakçı davranışı” mövzusunda olacaq. Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula və “Usespots” şirkətinin təsisçisi Mustafa Dalcı spiker qismində çıxış edəcəklər.
“Saffron Restaurant Group”un Marketinq departamentinin rəhbəri Aysel Cəbrayılovanın moderator olacağı “Media” paneli - ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Nəsrullayev, ATV Televiziyasının icraçı direktoru İsmayıl Həsənov və “Starcom” şirkətinin direktoru Ziya Yusifovun çıxışı ilə baş tutacaq.
Forumun ikinci günü I panel “Ziddiyyətlərin debatı” mövzusunda DJ Fatehin moderatorluğu ilə baş tutacaq. “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımov bu mövzuda fikirlərini bölüşəcəklər.
“Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu və “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “Paşa Holdinq” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə II panel “Strateji kommunikasiya” mövzusuna həsr olunacaq.
“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İskəndərovanın moderatorluğu ilə baş tutacaq. “Veysəloğlu” MMC və CRM direktoru Fuad Məmmədov və “Army Group” İdarə Heyəti üzvü Kamal Mirzəyev spiker qismində çıxış edəcək.
“ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərovun moderator olacağı sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunacaq. “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker olaraq fikirlərini bölüşəcəklər.
Tədbirin sonunda “After Party” təşkil olunacaq.
Biletləri https://millimarketinqforumu.az/ saytına keçid alaraq əldə edə bilərsiniz.
İlin marketinq tədbirinə hər biriniz dəvətlisiniz!
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 saat sonra
-
55 san. əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
-
12 d. əvvəl
"Bank Respublika" nizamnamə kapitalını artırır - 240 MİLYONU KEÇƏCƏK
- 16 d. əvvəl
- 22 d. əvvəl
-
27 d. əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
30 d. əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
-
40 d. əvvəl
Avrozonada inflyasiya 3 ilin maksimumuna yüksəlib – ECB-yə faiz təzyiqi artır
-
47 d. əvvəl
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Bank Respublika" nizamnamə kapitalını artırır - 240 MİLYONU KEÇƏCƏK
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Ən çox oxunanlar
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Kartlar ilə verilən kreditlər azalır
























