Azərbaycanın kürü istehsalçısı idxal və ixrac üzrə mütəxəssis axtarışındadır
İşəgötürən: Azerbaijan Fish Farm
Vakansiya: İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis
Müddət: 2022-05-12 - 2022-06-12
Şəhər: Bakı
Namizədə tələblər:
- Orta və ya ali təhsil;
- Minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili, Rus dili, İngilis dili;
- Qida, pərakəndə ticarət, qida məhsulların istehsalı sahəsində təcrübə;
- MS Office (Excel, Outlook, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı olmalı, Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, idxal və ixrac əməliyyatları üzrə biliklər;
- Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq.
Vəzifə üzrə öhdəliklər:
- Şirkətin stratejik hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
- Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
- İdxal və ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
- İdxal və ixrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
- Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
- İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
- İdxal və ixrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
- Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
- Gömrük brokeri ilə işgüzar əlaqələrin qurulması;
- Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
- İdxal və ixrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyün yoxlanılması;
- İxrac üzrə satış planının yerinə yetirilməsi;
- Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
- Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
"Azerbaijan Fish Farm" MMC Azərbaycanda davamlı və mütərəqqi balıq yetişdirilməsi və kürü istehsalı sahəsində öncüldür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır























