Fed sədrinin çıxışında diqqət çəkən məqamlar
Xəbər verdiyimiz kimi, dünən ABŞ Mərkəzi Bankının (FED) Federal Açıq Bazar Komitəsi (FOMC) pul siyasəti faizini 0,50 bənd artıraraq 0,75-1 faiz aralığına çatdırıb. Qərar yekdilliklə qəbul edilib.
Marja.az xəbər verir ki, qərarın mətnində inflyasiya risklərinə qarşı diqqətli olduqları vurğulanıb. Çində davam edən pandemiya səbəbindən tədarük zəncirindəki problemlərin davam edəcəyi bildirilib. Rusiyanın Ukraynanı işğal etməsi və bununla bağlı baş verən hadisələrin inflyasiya üzərində yüksəliş təzyiqi yaratdığı və iqtisadi aktivliyə mənfi təsir göstərməyə davam edəcəyi bildirilib.
İyun ayı etibarilə balansın ayda 47,5 milyard dollar, qarşıdakı 3 ayda isə 95 milyard dollar azalacağı bildirilib. “Birinci mərhələdə balansın azalması 30 milyard dollarlıq xəzinə kağızları və 17,5 milyard dollarlıq ipoteka təminatlı qiymətli kağızlarla başlayacaq. İlk 3 aydan sonra balansda azalma ilə xəzinə kağızlarında aylıq məbləğ 60 milyard dollara, ipoteka təminatlı kağızlarda isə 35 milyard dollara yüksələcək".
Müvafiq pul siyasətinin gücləndirilməsi ilə inflyasiyanın 2 faiz hədəfinə qayıdacağı və əmək bazarının güclü qalacağı gözlənilir.
Fed 1980-ci illərdən bəri ən yüksək inflyasiya ilə mübarizə aparmaq üçün mart ayında 2018-ci ildən bəri ilk dəfə faiz dərəcələrini artırıb. Bankın yaxından izlədiyi PCE qiymət indeksi mart ayında bankın hədəfindən xeyli yuxarı olan 6,6 faiz təşkil edib. Fed də faiz dərəcələrini artırmaqda gecikdiyinə görə tənqid hədəfi olub.
Fed sonuncu dəfə 2000-ci ildə Alan Qrinspanın sədrliyi ilə faiz dərəcəsini 0,50 baza bəndi artırmışdı.
Pauelldən yüksək inflyasiya vurğusu
FED sədri Cerom Pauell (Jerome Powell) qərardan sonra mətbuat qarşısına çıxıb.
Pauellin çıxışında diqqət çəkən məqamlar bunlar idi:
İnflyasiya hədəfdən xeyli yuxarıdır. İnflyasiyanı aşağı salmaq və əmək bazarını güclü saxlamaq vacibdir. Maaşlar son illərin ən yüksək tempi ilə artıb. Xüsusilə xidmət sektorunda maaşlar artır. Biz əmək bazarında tələb və təklifin tarazlaşdığını görürük.
Hesab edirik ki, faiz artımının davam etdirilməsi məqsədəuyğun olardı. FOMC növbəti bir neçə yığıncaqda faizin 0,50 bənd artırılmasını nəzərdə tutur. Artıq kifayət qədər qeyri-müəyyən, birmənalı olmayan artımı etməkdən çəkinəcəyik.
İqtisadiyyat güclü olaraq qalır və daha sərt pul siyasətini idarə edə bilər.
Faizlərin 0,75 bənd artırılması FOMC-nin aktiv şəkildə düşündüyü bir şey deyil. Növbəti 2 görüşdə faizin 0,50 bənd artırılması masada olacaq.
Biz inflyasiyanın düzgün yolda olduğuna dair sübutlar görmək istəyirik. Qısamüddətli inflyasiya gözləntiləri kifayət qədər yüksəkdir. Ukraynadakı müharibə və Çindəki karantin tədbirləri inflyasiyaya təsir edəcək.
FOMC yüksək inflyasiyanın arzuolunmaz olduğunu başa düşür. Sərt siyasət prosesi heç də xoş olmayacaq.
Uçot dərəcəsinin artırılması bizi qane etmir, lakin qiymət sabitliyini təmin etməliyik. İqtisadiyyatda heç bir şey tənəzzülə işarə etmir. Bizim tənəzzülə səbəb olmadan sabitləşmək üçün yaxşı şansımız var.
Tipik olaraq, tənəzzül yüksək işsizlik nisbətlərini görməlidir, lakin hazırda işçi qüvvəsinə yüksək tələbat görürük.
Fed inflyasiya vəzifəsinə diqqət yetirəcək.
Biz əmək haqqı və inflyasiya ilə bağlı irəliləyiş görmək istərdik.
1 iyun balansı kiçiltməyə başlamaq üçün seçdiyimiz sehrli bir tarix deyil, sadəcə o günü seçdik. Təxmin edilir ki, balansın azaldılması il ərzində 0,25 bəndlik faiz artırılması ilə eyni təsirə malik olacaq.
İnsanların Fed-in qiymətləri düzəltmək üçün işlədiyini bilməsi vacibdir. FED-in etibarlılıq problemi olduğunu düşünmürəm. Bazarlar FOMC-nin rəhbərliyini etibarlı hesab edir.
İnflyasiyanın 2 faizə çatdırılması bir az ağrılı ola bilər, lakin yüksək inflyasiya ilə məşğul olmamaq daha ağrılı olardı".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
1 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
2 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
2 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
2 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir











.png)












