Bakı Enerji Həftəsi keçiriləcək
2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini, eləcə də “Xəzər Neft və Qaz” konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.
Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir. Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşlarıdır.
“Xəzər Neft və Qaz” sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Prezident İlham Əliyevin açılış mərasimində hər il iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiqləyir. Sərginin uğurla keçirildiyi illər ərzində ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin ölkələrin rəsmiləri öz salamlama məktublarını sərgiyə ünvanlamışlar. “Xəzər Neft və Qaz” sərgisi UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi icmasının keyfiyyət nişanınına malikdir.
Bu il ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri daxildir.
Sərginin ekspozisiyası neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, texniki xidmət, kimya sənayesi istiqamətlərdə yer tutacaq. Burada cari və perspektiv neft-qaz layihələri də müzakirə olunacaq.
Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir.
Sərgi iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlir.
Sərgiyə həmçinin iyunun 1-dən 3-dək Bakı Ekspo Mərkəzində keçiriləcək əlavə tədbirlərin intensiv gündəliyi daxildir. Keçiriləcək: “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər” sessiyası, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti” mövzusunda sessiya, Energy Talks («Women in power» и «Bizimkilər») sessiyası, Müştərilər vs Təchizatçılar sessiyası “Neft və Qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi” sessiyası, “Neft sənayesində SƏTƏM idarəetməsi”, eləcə də iştirakçı şirkətlərin təqdimatları.
Bununla yanaşı, sərgi müddətində xarici və yerli istehsalçı və distribütorların iştirakı ilə ənənəvi B2B görüşlər keçiriləcək.
İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Xəzər Neft və Qaz Konfransı bu illər ərzində sənayenin üzləşdiyi əsas problemlərin müzakirəsi platforması olmaqla yanaşı, enerji sektorunda hər il keçirilən yüksək əhəmiyyətli tədbir statusunu qazanmışdır. Bu hədəfi davam etdirərək konfrans estafeti öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən Bakı Enerji Forumuna ötürdü. Forumun gündəliyinə aşağıdakılar daxildir: plenar sessiya: “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər”, “Qlobal Enerji perspektivləri”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı”. Forumda həmçinin Xəzər regionunda yeni hasilat imkanları, qaz xətləri marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçiriləcək.
Bakı Enerji Həftəsinin sponsorları: SOCAR, bp, TPAO, Equinor, INPEX, PASHA Bank, Tenaris, TotalEnergies, Uniper SE, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company, Caspian Marine Services, RussNeft и Tekfen Construction. Bakı Enerji Forumunun məsləhətçi tərəfdaşı Ernst & Young şirkətidir.
Nəticə etibarı ilə, sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


