Maya dəyərindən 10-15 dəfə bahasına satılır - 5-7 manata
Lənkəranlı fermerlər müasir texnikalardan istifadə etməklə 600 hektar çəltik əkini sahəsindən 1200 tondan çox məhsul götürməyi proqnozlaşdırırlar
Son illər cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət artırılıb.
Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Akulə” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.
Son illər ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir.
Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürülür və maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasında dəyişir. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat da böyükdür.
Yerli düyüyə tələbatın artması, qiymətlərin digər kənd təsərrüfatı məhsullarına nisbətən yüksək olması, eləcə də, dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin Lənkəranda yenidən dirçəlməsinə səbəb olub.
Çəltik əkini əsasən istifadəsiz qalan bələdiyyə və sakinlərə dövlət tərəfindən verilən pay torpaqlarında aparılır. Hazırda Lənkəranda 500 hektara yaxın sahədə çəltik əkilib və əkin davam edir. Ümumilikdə isə 600 hektardan çox sahədə çəltik əkini və 2000 tona yaxın məhsulun tədarük olunması planlaşdırılıb.
Fermerlər çəltik əkini və yığımı, həmçinin becərmə və gübrə səpmək üçün Yaponiya və Cənubi Koreyadan yeni texnikalar gətiriblər. Çəltik əkini əsasən yapon istehsalı olan texnika ilə aparılır. Əvvəllər çəltik əkinində əl əməyindən istifadə edilərək gündə 0,5 hektara yaxın torpaq sahəsi əkilirdisə, hazırda bu texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün iqtisadi baxımdan da səmərəlidir.
Qeyd edək ki, ötən il Lənkəranda 300 hektar çəltik sahəsindən 860 ton məhsul yığılıb. Bu il isə 600 hektar sahədən 1200 tondan çox məhsulun yığılması proqnozlaşdırılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
30 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
























