“Azərbaycanın birinci mükafata layiq görüldüyü yarış zamanı Livandakı səfirimiz bizi bir dəqiqə də tək qoymadı”
Xəbər verildiyi kimi, Martın 18-20-də Livanda 18 ölkənin təmsil olunduğu beynəlxalq turizm festivalı keçirilib. Festivalının kulinariya yarışında azərbaycanlı aşbazlar da mübarizə aparıblar. Çətin mübarizə şəraitində keçmiş yarışda Azərbaycan birinci mükafata layiq görülüb.
Marja xəbər verir ki, “Mədəniyyatə TV” kanalında qonaq olan Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Livan səfərləri barədə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov ölkəmizin nümayəndə heyətinə böyük kömək göstərib:
“Biz təyyarədən Livana düşəndən təyyarəyə minənə qədər Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovun himayəsi altındaydıq. O bizi bir dəqiqə də tək qoymadı, bütün tədbirlərdə yanımızda oldu. Mən bir daha ona təşəkkürümü bildirirəm”.
Verlişdə Tahir Əmiraslanov “Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabının ərsəyə gəlməsindən də danışıb:
“Prezident İlham Əliyev çıxışlarından birində bildirdi ki, ermənilər Azərbaycanın milli mətbəxini oğrayırlar, bunu müxtəlif yollarla öz adlarına çıxırlar. Prezidentin bu barədə dedikləri bir növ bizə əmr oldu. Biz bu əmri aldıqdan sonra ardıcıl dolma festivalları keçirdik. Dolma UNESCO-ya təqdim olundu və Azərbaycanın irisi kimi təsdiq edildi. “Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabı Azərbaycan, İngilis və Rus dillərində çap olundu və Dünyanın ən yaxşı kulinariya kitabı oldu, Nobel Mükafatı muzeyinə qoyuldu. Ermənidən soruşsan dolma nədir, bunu bilməyəcək, çünki bu, erməni sözü deyil. Biz öz dəyərlərimizi, irsimizi qorumalıyıq”.
Milli Kulinariya Mərkəzinin direktoru qeyd edib ki, kitab Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov köməyi ilə türk, qırğız və özbək dillərinə də tərcümə olunub və yaxın vaxtlarda təqdim olunacaq.
“Kitabda dolmanın Azərbaycana məxsus olduğu erməni alimlərinin dilindən tarixi, etnoloji daxil olmaqla 9 istiqamətdən göstərilir. Bütün erməni alimləri, akademikləri yığışsalar bu kitaba cavab verə bilməyəcəklər, artıq biz nöqtəni qoymuşuq”.
Tahir Əmiraslanov əlavə edib ki, “Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabının Livanda da təqdimatı keçirilib: “Kitabı 18 ölkənin iştirak etdiyi tədbirdə təqdim etdik. Eyni zamanda, Azərbaycanın Livandakı səfirliyində də kitabın təqdimatı oldu. Kitab artıq Dünyada “ayaq açıb yeriyir”. Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov bizə çox kömək etdi. Mən bir daha ona təşəkkürümü bildirirəm”.
Tahir Əmiraslanov Livandakı yarışı “ağır yarış” adlandırıb və Azərbaycan nümayəndə heyətinin birinci mükafata layiq görülməsinin asan əldə edilmədiyinə işarə edib.
O qeyd edib ki, yarış İslam Dünyası Kulinariya Assosiasiyasının üzvü olan Klinariya Turizm Təşkilatı tərəfindən təşkil edilmişdi.
Ötən il Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Həmçinin Tahir Əmiraslanov bildirib ki, festivalda Lənkəranın təqdimatı keçirilib, bu bölgənin nemətləri, sənət əsərləri təqdim edilib, qonaqlara Lənkəranın nə üçün Azərbaycanın qastronomiya paytaxtı seçildiyi barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, festival çərçivəsində Tahir Əmiraslanov İslam Dünyası Kulinariya Assosiasiyasının yeni prezidenti seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)








.jpg)







