Kiçik və orta sahibkarlığın vergi hesabatlarının göndərilməsi prosesinin sadələşdirilməsi üçün yeniliklər tətbiq edilir
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə görüşübMartın 31-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüşdə Dövlət Vergi Xidmətinin fəaliyyəti və vergitutma sahəsində maraq doğuran məsələlər, İctimai Şuranın fəaliyyət istiqamətləri və ictimai iştirakçılıq prosesinə verə biləcəyi töhfələr müzakirə edilib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli görüş iştirakçılarını salamlayaraq, İctimai Şura ilə əməkdaşlıqla bağlı fikirlərini bölüşüb, vergi sistemində aparılan islahatlar, xidmətin rəqəmsal imkanları, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi yanında yaradılmış İctimai Şura nazirliyin və onun strukturuna daxil olan qurumların fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsinə mühüm töhfə verəcək bir institutdur. Şuranın effektiv fəaliyyəti icra orqanlarının fəaliyyətində şəffaflığın, ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır. DVX rəisi İctimai Şuranın və ictimai əməkdaşlığın faydasını vurğulayaraq xidmətin sahibkarlıq assosiasiyaları, ictimai birliklər və ekspertlərlə geniş iş təcrübəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi ilə bağlı islahatların həyata keçirilməsi zamanı, eləcə də vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində hər zaman ictimai məsləhətləşmələrə önəm verilib.
DVX-də müasir rəqəmsal alətlərin və analitik potensialın mövcud olduğunu qeyd edən Orxan Nəzərli gələcəkdə vergi ödəyicilərinə xidmət sahəsində nəzərdə tutulan rəqəmsal yeniliklər barədə də məlumat verib. Bildirilib ki, Dövlət Vergi Xidməti iqtisadi prosesləri, xüsusilə də iqtisadiyyatda “ağarma indikatorları”nı yaxından təhlil edir. Son illərdə vergi ödəyicilərinin əməliyyatları üzrə risk səviyyələrini təhlil və müəyyən edən müxtəlif rəqəmsal alətlərdən istifadə olunur, vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılması prosesinə xüsusi önəm verilir. 2022-ci ildə vergi ödəyicilərinə xidmət sahəsində bir sıra yeniliklərin tətbiqinə diqqət çəkən DVX rəisi onların daha çox kiçik və orta sahibkarlığın vergi öhdəliklərinin icrası, vergi hesabatlarının göndərilməsi prosesinin sadələşdirilməsinə istiqamətləndiyini qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İctimai Şuranın sədri Ədalət Muradov cəmiyyət həyatının inkişafı baxımından Şuranın əhəmiyyəti və əsas fəaliyyət istiqamətləri barədə danışıb. Qeyd olunub ki, Şuranın fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir. Hazırda Şuranın tərkibində şəffaflığın, hesabatlılığın təmin edilməsi, peşəkar birliklər, QHT-lərlə kommunikasiya, rəy və təkliflərin hazırlanması və ümumiləşdirilməsi üzrə dörd İşçi Qrupu fəaliyyət göstərir.
Tədbir müzakirələrlə davam etdirilib, İctimai Şura üzvlərini narahat edən, həmçinin vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şura üzvlərindən Azərbaycan Banklar Assosiasiyasının sədri, İctimai Şuranın sədr müavini Zakir Nuriyev bank sektorunda mövcud olan vergi məsələləri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, Şuranın katibi Fərhad Qaraşov kənd təsərrüfatı istehsalçılarının rastlaşdığı bir sıra çətinliklər, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva vergi uçotu, mənfəət və xərclərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər, “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Rəşad Həsənov yerli əczaçılıq sənayesinin inkişafı üçün zəruri olan vergi təşviqləri, “Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin rəhbəri Əliməmməd Nuriyev mikrosahibkarlığın vergi uçotu məsələləri, “Rieltorlar assosiasiyası” İctimai Birliyinin rəhbəri Elnur Azadov əmlakın kirayə verilməsi sahəsində mövcud olan çətinliklər barədə fikirlərini bölüşüblər.
Dövlət Vergi Xidmətini rəisi Orxan Nəzərli, xidmətin rəis müavini Samirə Musayeva, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərə müvafiq şərhlər veriblər, bir sıra təkliflərin üzərində Şura üzvləri ilə birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi razılaşdırılıb.
İctimai Şuranın sədri Ədalət Muradov Şuranın səmərəli fəaliyyətnin biznes və cəmiyyət üçün faydalı olacağına əminliyini ifadə edib, səmərəli əməkdaşlıq üçün təşəkkürlərini çatdırıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, Nazirliyin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda və ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar iqtisadiyyat nazirinin müvafiq əmri ilə 10 iyul 2021-ci il tarixində yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
8 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
-
9 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
9 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
9 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
10 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)





.jpg)






