970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Bakıda beynəlxalq poçt forumu keçiriləcək. Avropanın poçt operatorları Bakıda toplaşacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa poçt sektorunun rəhbərləri Bakıya gəlir

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu keçiriləcək. Beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC ev sahibliyi edəcək.

Tədbir Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektor rəhbərlərini bir araya gətirəcək. İkigünlük proqram çərçivəsində poçt sektorunun strateji inkişaf istiqamətləri, dəyişən bazar şərtlərinə uyğunlaşma, transsərhəd əməliyyatlara təsir edən gömrük və tarif dəyişiklikləri, eləcə də daha əlçatan və inklüziv poçt xidmətlərinin inkişafı müzakirə olunacaq.

Proqramın ilk günü “PostEurop” Baş Assambleyasının nizamnamə məsələlərinə, təşkilatın strategiyasının icrasına və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə həsr ediləcək. İkinci gün keçiriləcək Biznes Forumda isə Avropa poçt sektorunun aktual çağırışları, əməliyyat dayanıqlılığı və yeni yanaşmalar diqqət mərkəzində olacaq.

Baş Assambleya çərçivəsində “EUROPA” poçt markalarının 70 illiyinə həsr olunan xüsusi sərginin təşkili də nəzərdə tutulur. Bundan başqa, tədbir zamanı “PostEurop” Baş Assambleyasının Bakıda keçirilməsinə həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçiriləcək.

Bakının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq poçt əməkdaşlığındakı iştirakını və “Azərpoçt”un Avropa poçt ictimaiyyəti ilə əlaqələrinin inkişafını nümayiş etdirir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

06.10.2026 16:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19