Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir"

"Ötən toplantıdan (22 Yanvar 2022-ci il) bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırmışdır. Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəltmişdir. Qlobal iqtisadi artım və ticarət perspektivlərinin əhəmiyyətli pisləşməsi, qlobal təklifin daha da daralması potensialının yüksəlməsi, beynəlxalq logistika-təchizat və hesablaşma zəncirində problemlərin daha da artması yüksək olan inflyasiya təzyiqlərinə artırıcı impulslar verməkdədir. Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir etmişdir. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artmışdır".

Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında açıqlamasında bildirilir.

Reklam_3_11

Qeyd edilib ki, digər tərəfdən isə enerji qiymətlərinin artması ölkədə qiymətlər sabitliyinin əsas lövbərinin fundamental amili olan tədiyə balansı profisitinin genişlənməsi imkanlarını yüksəltmiş, manatın nominal effektiv məzənnəsi əhəmiyyətli möhkəmlənmişdir. Eyni zamanda cari ilin fevral ayında Hökumət və Mərkəzi Bank tərəfindən yerli ərzaq istehsalının artırılması, inflyasiya idxalının məhdudlaşdırılması prioritetlərini əhatə edən kompleks antiinflyasiya tədbirlərinin icrasına başlanılmışdır.

Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirmişdir. Proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir.

Yaranmış vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin zəruri təshihini şərtləndirir.

Ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülməkdədir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcəkdir.

Mərkəzi Bank inflyasiya proseslərinə toxunaraq qeyd edib ki,  pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi azalmışdır. Rəsmi statistikaya görə 2022-ci ilin fevral ayında inflyasiya 1.1% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11.9% artmışdır.

İllik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6%, xidmətlər üzrə isə 9.3% təşkil etmişdir.

İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17.2%) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 5.2%, son bir ildə isə 20.7% artmışdır. Son ildə qiymətlər un məmulatları üzrə 14.8%, süd məhsulları üzrə 24.8%, yağlar üzrə 36.8% yüksəlmişdir. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırmışdır. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir.

Mart ayında keçirilmiş sorğunun nəticələrinə görə sorğuya cəlb edilən ev təsərrüfatlarının 24%-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Müəssisələr arasında aparılan sorğulara görə fevral ayında əvvəlki ayla müqayisədə inflyasiya gözləntiləri qeyri-neft sənayesində artmışdır. Ticarət və xidmət sektorlarında da inflyasiya gözləntiləri pozitiv zonada qalır.

Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaratmışdır. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir.

Mərkəzi Bank vurğulayıb ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında artırıcı amillərin rolu bir qədər yüksəlmişdir.

"Başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır ki, bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. İxraca məhdudiyyətlər, logistika və hesablaşma problemləri üzündən bəzi əsas ticarət tərəfdaşlarından idxalın çətinləşməsi və bahalaşması daha bahalı idxalla əvəzlənməni zərurətə çevirə bilər. Bütün bunlar Azərbaycanda inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsi riskini yaradır.

Profisitli tədiyə balansı ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı və monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam etməkdədir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamı ilə hazırda reallaşmaqda olan antiinflyasiya tədbirləri cari ildə inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcəkdir.

İnflyasiya təzyiqlərinin və gözləntilərinin yüksəlməsi ssenarisində ilin qalan dövründə Mərkəzi Bank monetar şəraitin əlavə sərtləşdirilməsi yönümündə qərarların qəbul ediləcəyini istisna etmir. 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcəkdir", -məlumatda deyilir.

Xəbər verdiyimiz kimi bugün Azərbaycan Mərkəzi Bankı faizilərini 0,25 bənd artırıb. Uçot dərəcəsi  7.5%-dən  7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%-ə, yuxarı həddi isə 9%-dən 9.25%-ə qaldırılıb.

18.03.2022 15:09
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ