Bu il güzəştli kreditin 99,3%-i regionlardakı sahibkarlara verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin ötən dövründə Fond tərəfindən sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Cari ilin ötən dövrü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub. Güzəştli kreditlərin layihə sayı üzrə 92,8%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 5,9%-i sənaye məhsullarının istehsalı və emalı, 1,3%-i isə xidmət sahələrinin inkişafının payına düşüb. Kreditlərin məbləğ üzrə 36,1%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 15%-i sənaye məhsullarının istehsalı və emalı, 48,9%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.
Bu ilin ötən dövründə verilmiş güzəştli kreditlərdə regionların payı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, kreditlərin layihə sayı üzrə 0,7%-i Bakı şəhəri, 99,3%-i isə digər regionların payına düşüb. Məbləğ üzrə kreditlərin 0,3%-i Bakı şəhərində, 99,7%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib.
Qeyd edək ki, 2022-ci ildə güzəştli kreditlərin verilməsində aqrar sektorda istehsal və emal, qeyri-neft sənayesi sahələrinin inkişafı, turizm, tikinti, qədim xalq sənətinin müxtəlif istiqamətlər üzrə inkişafı, startaplar, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və s. sahələrin inkişafına xidmət edən layihələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən olunub.
Bundan əlavə, bu ildən etibarən Fond tərəfindən layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar da müəyyəşdirilib. Bu meyarlara əsasən, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ətraf mühit, sosial və korporativ idarəetmə faktorlarına əsaslanan, idxaləvəzləyici və ixrac yönümlü istehsal və emala yönələn və s. biznes layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 26 d. əvvəl
-
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 50 d. əvvəl
-
52 d. əvvəl
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
- 56 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Bakcell-də hədiyyə mövsümü başladı
“Meqa Həyat Sığorta” yığımlarını təxminən ikiqat artırıb
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
“Xalq Sığorta”nın yığımları artıb, ödənişləri azalıb
“Xalq Həyat” yığımlarını artırıb, ödənişlərini azaldıb
Ən çox oxunanlar
“AzSığorta”nın ödənişləri artıb
Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi
Sentyabrın 25-də gözlənilən hava şəraiti
“Meqa Sığorta”da həm yığım, həm ödəniş artıb





















