Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Dövlət Agentliyi məsləhət xidmətləri göstərəcək şirkət seçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyi məsləhət xidmətləri göstərəcək şirkət seçir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsləhət xidmətlərini göstərəcək şirkətin seçilməsi üçün maraqların ifadə edilməsi məqsədilə tenderə dəvət edir.

Agentliyin elanında bildirilir:

Reklam_3_11

Azərbaycan Hökuməti Regional Yol­lar və İnkişaf Layihəsinin (RYİL, Layihə) maliyyələşdirilməsi üçün Dünya Bankından (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)) kredit vəsaiti almışdır. Layihənin icra­çısı olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra Agentlik və ya AAYDA) bu vəsaitin bir hissəsini “Yerli inkişaf və logisti­ka komponentinin icrasına texniki dəstək” üzrə məsləhət xidmətləri müqaviəsi üçün istifadə etmək niyyətindədir.

Layihənin məqsədi Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat əlaqəsinin təmin edilməsi və bazar­lara çıxışın yaxşılaşdırılmasıdır. Layihə bu məqsədlərə 4 əsas komponent çərçivəsindəki fəaliyyətlərlə nail olmağı nəzərdə tutur.

Bu tapşırıq əsasən layihənin 3-cü, regional inkişaf və logistika komponenti ilə əlaqəlidir. Bu komponentə iki alt-komponent daxildir:

1) Yolkənarı logistik və bazar xidmətlərinin təkmilləşdirilməsi.

2) Məsləhət və təlim təşəbbüslərinin həyata keçirilməsi.

Bu tapşırıq hər iki alt-komponenti əhatə edir.

Layihə AAYDA tərəfindən icra edilir. Layihənin idarə olunması Agentliyin tərkibindəki ixtisaslaşmış Layihə İdarəetmə Qrupuna (LİQ) həvalə edilmişdir. Seçilmiş məsləhətçi Agent­liyin İcraçı Tərəfdaş Təşkilatı (İTT) olacaq və LİQ direktoruna hesabat verməklə LİQ-in sosial və icma əlaqələri üzrə mütəxəssisinin birbaşa nəzarəti ilə fəaliyyət göstərəcəkdir.

Bu məsləhət tapşırığının əsas məqsədi layihənin 3-cü komponentinin həyata keçirilməsində LİQ-ə dəstək vermək kimi müəyyən edilsə də, daha spesifik məqsədlərə aşağıdakılar daxildir:

1. Yerli iqtisadi inkişaf və dövlət investisiya­ları vasitəsilə mikro və kiçik fermerlərə/sahib­karlara dəstəklə bağlı yerli imkanlar barəsində qiymətləndirmənin aparılması, maraqlı tərəflərin xəritələşdirilməsi və məlumatların toplanması.

2. İcma ilə bağlı fəaliyyətlərdə və seçil­miş sərmayələrin növü, məkanı, istismar və xidmət modeli barəsində yerli icmalarla məsləhətləşmələrin aparılmasında, habelə gələcək investisiyalardan faydalanmaq imkanla­rını genişləndirmək məqsədilə qadınlar və digər potensial həssas benefisiarları cəlb etməkdə AAYDA-ya kömək göstərilməsi.

3. Layihə yolu boyunca yol kənarında logis­tika və bazar obyektlərinin tikintisi, bərpası və təchizatı üçün ilkin və yekun layihələndirmə və texniki şərtlər paketlərinin hazırlanması.

4. 1-ci alt-komponent çərçivəsində icra ediləcək fəaliyyətlərə texniki nəzarət xidmətinin göstərilməsi.

5. Benefisiarların təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarının qiymətləndirilməsi və müvafiq təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi.

6. Layihə çərçivəsində bütün fəaliyyətlərin icra prosesinin monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması.

7. Layihə fəaliyyətlərinin, xüsusən də, yolun bərpası, faydalanan icmalar üçün kiçik miqyaslı logistika və bazarların inkişafı, habelə, icma üzvlərinə təlim və biznes məsləhət xidmətlərinin göstərməsinin yaratdığı təsirlərin ölçülməsi.

Seçiləcək təşkilatdan aşağıdakı üç əsas tapşırığın icrası tələb olunur:

1. Tapşırıq -1. Hədəf icmalarında səfərbərliyin aparılması və layihə yolu boyun­ca yolkənarı bazarların və logistik mərkəzlərin təkmilləşdirilməsi ilə əlaqədar təşkilatı dəstəyin və məsləhətin göstərilməsi.

2. Tapşırıq- 2. Təlim və məsləhət xidmətləri üçün ehtiyacların qiymətləndirilməsi və seçilmiş mövzular üzrə təlim və məsləhət xidmətlərinin göstərilməsi.

3. Tapşırıq -3. Layihə nəticələrinin ölçülməsi və təsirin qiymətləndirilməsi.

Seçilmiş təşkilatın texniki tapşırıqda təsvir edilmiş zəruri bacarıqlara malik olan 11 nəfərdən ibarət əsas mütəxəssislər heyətini səfərbər etməsi gözlənilir. Əsas mütəxəssislərin işə sərf olunan vaxtının 176 adam/ay olması gözlənilir. Tapşırığın icra müddəti 40 aydır (2022-ci ilin sentyabr ayından 2025-ci ilin dekabr ayınadək).

Tapşırıqla bağlı müfəssəl texniki tapşırıq aşa­ğıda göstərilən ünvandan əldə edilə bilər.

Hazırda AAYDA müvafiq məsləhətçi şirkətləri (məsləhətçiləri) qeyd olunan xidmətləri göstərməkdə maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri yerinə yetirmək üçün tələb edilən ixtisasa və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumat təqdim etməlidirlər. Qısa siyahıya daxil edilmək üçün meyarlar aşağıdakılardır:

1. Son 10 ildə məsləhət xidmətlərinin göstərilməsi üzrə ümumi təcrübə.

2. İcma ilə bağlı fəaliyyətlərdə və icma səfərbərliyinin aparılmasında təcrübə.

3. Gender yönümlü fəaliyyətlərin həyata keçirilməsində təcrübə.

4. Fərdlər və kiçik biznes subyektləri üçün biznesin inkişafı, vergi, brendinq, marketinq, rəqəmsal savadlılıq, elektron ticarət, fandrayzinq və s. sahələr üzrə təlim və məsləhət xidmətinin göstərilməsi üçün təcrübə.

5. Regionda və ya Azərbaycana bənzər şəraitlərdə iş təcrübəsi.

6. Layihənin monitorinqi və qiymətləndirilməsi, habelə, təsirlərin qiymətləndirilməsi sahəsində təcrübə.

7. Kiçik həcmli tikinti işlərinin layihələndirilməsi və icrasına nəzarət təcrübəsi.

8. Alternativ olaraq məsləhətçi bu cür təcrübəyə malik mütəxəssis resurlarına malik olduğunu nümayiş etdirməlidir.

9. Texniki tapşırıqda göstərilən ixtisaslara uyğun təcrübə və kadr potensialı. Məsləhətçinin heyətinin heyət rəhbəri, sahə koordinatoru, icma səfərbərliyi üzrə mütəxəssislər, bizne­sin inkişafı üzrə mütəxəssislər, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis, inşaat mühəndisləri və hüquq məsləhətçisindən ibarət olacağı nəzərdə tutulur.

10. Beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrdə təcrübə.

Qısa siyahıya seçim mərhələsində əsas mütəxəssislər qiymətləndirilməyəcəkdir.

Maraqlanan məsləhətçilər Dünya Ban­kının maraqların toqquşması siyasətini müəyyənləşdirən 2020-ci il noyabr tarixli “İLM (investisiya layihələri üzrə maliyyələşdirmə) bor­calanları üçün satınalma təlimatları”nın (satınal­ma təlimatı) III bölməsinin 3.14, 3.16 və 3.17-ci bəndlərinə diqqət yetirməlidirlər.

Məsləhətçilər ixtisaslarını artırmaq üçün digər şirkətlərlə ortaq ola bilərlər, lakin assosi­asiyanın birgə müəssisə və ya sub-məsləhətçi olub- olmadığını dəqiq şəkildə göstərməlidirlər. Birgə müəssisə seçildiyi təqdirdə, birgə müəssisədəki bütün tərəfdaşlar müqavilə üzrə birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyacaqlar.

Məsləhətçi şirkət satınalma təlimatında qeyd edilən keyfiyyətə əsaslanan seçim (KƏS) üsulu­na uyğun olaraq seçiləcəkdir.

Əlavə məlumatları iş saatlarında (yerli vaxtla saat 10.00-dan 17.00-dək) aşağıdakı ünvandan əldə etmək olar.

Maraq ifadələri 2022-ci il aprelin 8-dək yazılı şəkildə aşağıdakı ünvana (şəxsən, poçt və ya elektron poçtla) çatdırılmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Agentliyin idarə heyətinin sədri cənab Saleh Məmmədovun nəzərinə!

Ünvan - Azərbaycan, Bakı -AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi 2025-ci məhəllə.

Ofis - 2 saylı Layihə İdarəetmə Qrupu, 224-cü otaq.

Telefon - (+994 12) 499 79 02

Elektron ünvan - mehman.babaxanov@azeravtoyol.gov.az

Surəti - saadat.aliyeva@azeravtoyol.gov.az

Veb ünvan - www.aayda.gov.az

11.03.2022 07:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ