Müharibə bir sıra Azərbaycan biznesinə də problemlər yaradıb –"Bank zəmanəti" həll yolu kimi
Biznes münasibətlərində "Bank zəmanəti"Son günlər dünyada baş verənlər bir çox sahəyə təsirsiz ötüşmür. Xüsusilə də biznes və sahibkarlıq istiqamətində fəaliyyət göstərənlər üçün bəzi narahatlıqlar yaradıb. Mövcud vəziyyəti nəzərə alsaq, bu zaman bir sual yaranır.
Sahibkar biznesini necə qurmalıdır ki, dünyada baş verən siyasi proseslər onun işinə təsir etməsin?
Problemdən yox, həlli yolundan danışaq
Sahibkarların bir çoxu ötən ilin sonunda Rusiyada olan şirkətlərlə bağladığı müqavilələrə görə artıq son bir neçə gündür ki, problemlərlə üzləşib.
Real nümunələrdən bir misal çəkək. Tanış bir kiçik sahibkar keçən ilin sonu regionlarımızın birində böyük yer alıb, təmir edib, işçi heyəti formalaşdırıb, xaricdən bahalı avadanlıqlar gətirib. Bir sözlə, çox gözəl iş təşkil edib. Məhsulu hazırlayaraq qablaşdırıb və Rusiyanın ən ciddi müəssisələrinin birinə göndərib. Amma hazırda ödəniş ilə bağlı çətinliklər yaşayır. Ödənişin çətinləşməsi nə deməkdir, məncə, hər kəsə aydındır. Bu zaman əmək haqqı vermək imkanı itir, müəssisə yeri icarəyə götürülübsə, icarə ödənişi problemi üzə çıxır, kommunal ödənişlər və s. Düşünürəm ki, bir çox sahibkarlar üçün bu, yeni bir xəbər deyil.
Amma indi problemlərdən yox, bu kimi problemləri necə həll etmək olar və gələcəkdə belə hadisələrlə üzləşməmək üçün nələr edilə bilər o haqda danışmaq istəyirəm.

Həlli yolu – “Bank zəmanəti”
Ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq prosesində tərəfdaşlardan birinin digəri qarşısında öhdəliklərini icra edə bilməməsi və ya icradan imtina etməsi riskləri mövcuddur. Təbii ki, bu riskləri də minimuma endirmək və ya sığortalamaq imkanları var.
Qeyd edik ki, hazırda dünyada bank zəmanəti xidmətindən geniş istifadə edilir. Sual oluna bilər ki, bank zəmanəti nədir?
Bank zəmanəti- tərəflərdən birinin öhdəliklərinə uyğun qaydada digər tərəfə ödənişi həyata keçirmədikdə, bankın digər tərəf qarşısında, lazımı sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.
Beləliklə, müştəri göstərilən müddətdə digər tərəfə ödənişi həyata keçirə bilmədikdə və ya bundan imtina etdikdə, bank ödənişi öz hesabına edir. Əslində, bank sahəsində bir sıra zamanət növləri mövcuddur. Hazırda söhbətini etdiyimiz zəmanət növünün adı "Guarantee of payment", yəni "Ödəmə zəmanəti" adlanır. Bu zəmanət növü Alıcının → Satıcı qarşısında ödəniş öhdəliklərinin təminatıdır.
Güvənilir tərəfdaş statusu qazandırır
Bank zəmanətlərin bir sıra üstünlükləri var. Misal üçün az sayda sənəd tələb olunur, girov zərurəti olmur. Nəticədə müştəri daha rahat və qısa vaxt ərzində zəmanət məktubunu əldə edir. Xidmətə görə komissiyanın məbləği hər bankda müxtəlifdir, adətən çox aşağı olur. Alıcı yerli və beynəlxalq bazarda güvənilir tərəfdaş statusuna malik olur, müxtəlif əməkdaşlıq imkanlarından faydalanır. Satıcı isə alıcı tərəfdən ödənişin icra edilməməsi risklərindən özünü qorumuş olur, əvvəlcədən ödəniş tələb etmədən daha çevik satış həyata keçirə bilir.
Lakin bir sıra sahibkarlar var ki, bu kimi xidmətlərdən xəbərsizdirlər. Nəticə etibarilə qurulan biznes dünyada baş verən proseslərdən zərər görə bilir. Ona görə tövsiyə olunur ki, biznes qurarkən bankların sahibkarlara təqdim etdiyi xidmətlərlə bağlı məlumat əldə etsinlər. Həmçinin bir bazara fokuslanmasınlar, alternativ bazar axtarışında olsunlar. Ya da bu sahədə peşəkar birindən dəstək alsınlar.
Müəllif: Oruc İbrahimov- Biznes konsultant
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









