Xaçmaz Texnika Satış Mərkəzində “Açıq qapı sərgi-satış yarmarkası” keçirəcək
“Aqroservis” ASC fermerlərin texnika alışına olan əlçatanlığı təmin etmək, məsafə, vaxt itkisinin və bu prosesdə sərf edilən əlavə vəsaitlərin qarşısının alınması məqsədilə Xaçmaz Regional Nümayəndəliyində texnika satışına başlayıb.
İndiyədək Səhmdar Cəmiyyətin yalnız 3 yerdə Şirvan, Ucar rayonlarında və Gəncə şəhərində texnika satış mərkəzi fəaliyyət göstərirdi. Ölkənin şimal rayonları xüsusilə, kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə məşğulluğun daha çox olduğu şimal bölgəsində fermerlər artıq uzaq məsafəyə getmədən və zaman itirmədən “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində istənilən növ müasir, innovativ texnika və avadanlığı əldə edə biləcəklər.
Bu məqsədlə martın 4-də Xaçmaz Regional Nümayəndəliyində “Açıq qapı sərgi-satış yarmarkası” keçiriləcək. Yarmarkada fermerlər müxtəlif növ texnika ilə tanış ola, onları sınaqdan keçirə və ala biləcəklər. Yarmarkaya çıxarılan texnikaların operativ şəkildə mərkəzi ofisə gəlmədən 40% güzəştlə lizinq və nağd yolla satışı təşkil ediləcək. Açılış günü fermerlərə müxtəlif aksiya və kampaniyalar də təklif edilir.
Satış mərkəzində nümayiş olunan bütün texnikalar bazar qiymətlərindən 10% endirimlə satılacaq. “Açıq qapı” günündə isə xüsusi olaraq bir neçə adda texnikaya əlavə 5% endirim olmaqla bazar qiymətlərindən 15% aşağı təklif edilir. Bundan başqa, müxtəlif aqreqatların alışı zamanı 2 illik zəmanət, 1 illik texniki baxış, 1 illik “AgroUber” mobil platformasından ödənişsiz istifadə imkanı, çatdırılma, quraşdırma və texnikanın istifadə qaydalarına dair təlim hədiyyə ediləcək.
Açıq qapının keçirilməsində əsas məqsəd qarşıdakı yeni becərmə və məhsul yığımı mövsümündə fermerlərin yeni innovativ texnikalarla tanış olmasına şərait yaratmaq, onların texnikalara əlçatanlığını təmin etmək, fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına yardım etmək, bu sahədə məlumatlandırma aparmaqdır.
Tədbir saat 11:00-dən başlayıb, 1 gün davam edəcək. Ətraflı məlumat almaq və iştirak etmək istəyənlər 1659 Satış mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 12 d. əvvəl
-
33 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























