BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb
Ölkənin aparıcı elm və təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) nəzdində müasir Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb.
Universitetin yaydığı məlumatda bildirilir ki, öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları cəlb etmək, yeni nəsil alimlərin yetişməsinə töhfə vermək, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparmaq, bir sözlə, təhsil, elm və sənayeni uzlaşdırmaq məqsədilə yaradılan mərkəzdə ümumilikdə 9 laboratoriyada 70-dən çox tədqiqatçı fəaliyyət göstərəcək.
Mərkəzdə yaradılacaq yeni sənayeyönümlü laboratoriyalarda tədqiqatçılar – alimlər, tələbə, magistrant və doktorantlar, eləcə də sənayedə çalışan peşəkar mütəxəssislər sənaye və biznes sektorları üçün yeni həllər işləyib hazırlayacaq, bununla da elm və təhsil sektorunu sənaye və biznes dünyasına daha da yaxınlaşdıracaq.
Mərkəzin əsas ilkin hədəf sənaye sektorları – neft və qaz sənayesi, mədənçilik, kənd təsərrüfatı və qida təhlükəsizliyidir. Tədqiqat istiqamətləri isə nano-texnologiyalar, molekulyar biologiya və virusologiya, biotexnologiya, sənaye kimyası, analitik kimya, ekologiya, Yer elmləri, astrokosmik və atmosfer elmləri, həmçinin rəqəmsal tədqiqatlardır. Qeyd olunan sahələrdə sənaye sifarişi ilə bir sıra layihələrin icrasına artıq başlanılıb.
Qeyd edək ki, hazırda ölkənin sənaye sektorunda fəaliyyət göstərən bir sıra müəssisələr laboratoriya ölçmələrini ölkə hüdudlarından kənarda aparmağa məcburdur. BDU-nun Mükəmməllik Mərkəzi kimi qurumların sayəsində artıq bunu Azərbaycanda da həyata keçirmək mümkün olacaq. Mərkəzin fəaliyyəti nəticəsində tədqiqatçılar müasir tipli, beynəlxalq standartlara cavab verən yeni mühitdə fəaliyyət göstərəcək, beynəlxalq təcrübədən yararlanacaq, yeni nəsil tədqiqatçılar üçün geniş imkanlar yaradılacaq.
Azərbaycanda ilk dəfə yaradılan bu tipli Mərkəzin əsas xüsusiyyətlərindən biri də onun təkcə BDU tələbə və əməkdaşları üçün deyil, ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları, istedadlı tələbələri üçün açıq olmasıdır.
Mükəmməllik Mərkəzi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə əməkdaşlıq çərçivəsində innovativ həllər üçün qarşılıqlı maraq əsasında dövlət, özəl və sənaye sektoru arasında tərəfdaşlığın inkişaf etdirilməsinə dəstək verəcək. Bunun üçün tələbələr və gənc tədqiqatçılar arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə BDU-da KOBİA-nın dəstəyi ilə İnkubasiya və Akselerasiya Kolabı da təşkil ediləcək.
BDU-nun təsis etdiyi BUİLD Məhdud Məsuliyyətli Cəmiyyəti texnologiya transfer ofisi kimi fəaliyyət göstərməklə Mərkəzin infrastrukturundan gənclərin faydalanması, özəl sektorla universitet arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, startaplar və biznes ideyaları üzrə “nəzəriyyədən biznesə” prinsipinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
13 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək



























