"AccessBank" mütəxəssis axtarır - VAKANSİYA
Korporativ Bankçılıq Departamentinə Mütəxəssis
Öhdəliklər:
- Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə potensial müştərilərlə birbaşa əlaqəni qurmaq, bank məhsulları və korporativ bankçılıq seqmentinin təklif etdiyi xidmətlər haqqında məlumatlandırmaq;
- Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək;
- Qarantiya və Akkreditivlər üzrə hesabatları izləmək, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatları izləyərək prosedura uyğun addımlar atmaq;
- Sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq, hesabatları hazırlamaq;
- Sənədli əməliyyatların aparılmasına dair qaydaları və işinə aid digər qayda və sənədləri aktiv şəkildə öyrənmək;
- İşinə aid bütün daxili iş mərhələləri, hüquqi proseslər, daxili və beynəlxalq prosedurlar və qaydalar haqqında məlumata malik olmaq;
- Korporativ Xidmətlər üzrə bankın filial və departamentinin əməkdaşlarına sənədli əməliyyatların aparılması ilə bağlı konsultasiya vermək.
Tələblər:
- Ali təhsil (Maliyyə və iqtisadi təhsilli şəxslərə üstünlük verilir);
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Dəqiq və səliqəli işləmə tərzi;
- Azərbaycan və inglisi dilində yüksək səviyyədə, rus dilində yaxşı səviyyədə yazı və şifahi bacarıqların olması;
- Gərgin iş qrafikində işləmək bacarığı
-Əla ünsiyyət bacarıqları
- Öyrənmək bacarığı, diqətlilik;
- Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
- Komandada işləmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Müraciət üçün son tarix: 23.06.2017
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 4 saat sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib





























