ABŞ-da məşğulluq proqnozdan 2 dəfə az artıb
ABŞ-da dekabr ayı üzrə kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatları açıqlanıb. Koronavirusun Omikron variantı hələ məşğulluq bazarına təsirini göstərməsə də, dekabrda məşğulluq artımı 199 min nəfər olub, bu da 400 min olan proqnozdan aşağıdır. Dekabrda işsizlik səviyyəsi 3,9 faizə düşüb.Dekabr ayında ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq 199 min artıb. İqtisadçıların proqnozu artımın 400 min səviyyəsində olacağı istiqamətində idi.
Ölkədə işsizlik səviyyəsi noyabrdakı 4,2%-dən dekabrda 3,9%-ə geriləyib. Dekabrda ölkədə işsizlik səviyyəsinin 4,1 faizə enəcəyi gözlənilirdi.
Noyabr ayı məşğulluq artımı rəqəmi 210 mindən 249 minə revizə edilib.
Orta saatlıq maaş dekabr ayında noyabr ayı ilə müqayisədə 0,6 faiz artıb, proqnoz 0,4 faiz idi. Orta saatlıq maaş 2020-ci ilin dekabr ayı ilə müqayisədə 4,7 faiz artıb. İqtisadçılar 4,2 faiz artım gözləyirdilər.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
11 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























