Hyundai markası 2021-ci ildə aldığı 110-dan çox mükafatla rekorda imza atdı ®
.jpg)
-2021-ci ildə Hyundai Motor Group-un ən son elektrikli avtomobil modelləri dünya üzrə çoxsaylı mükafatlar qazanıb.
- IONIQ 5 və TUCSON modelləri daxil olmaqla 10-dan çox model "İlin avtomobili" seçilib.
-Xüsusən də i20 N modeli son bir neçə həftəərzində "BBC Top Gear - İlin Ən Yaxşı Avtomobili" mükafatına layiq görüldü.
-Hyundai IONIQ 5 bir sıra "İlin avtomobili" mükafatlarını qazanmaqla yanaşı 2022-ci il müsabiqələri üçün qısa siyahıya düşüb.
Hyundai 2021-ci ildə Avropada çox uğurlu bir il keçirdi və həm marka imicini, həm də satışlarını artıraraq uzun bir yol qət etdi. Aldığı mükafatlarla bu nailiyyətləri və iddiaları gücləndirən Hyundai 110-dan çox kateqoriyada zirvəyə yüksəldi. Hyundai Motor Group-un (HMG) məhsul çeşidində elektrik modellərin payını artırmaq üçün atdığı strateji addımı, dünyanın ən prestijli mediasını təmsil edən ekspertlər tərəfindən 2021-ci ildə Qrup avtomobillərinə rekord sayda mükafat təqdim etməsi ilə nəticələndi. Yarandığı gündən bəri bir il ərzindəən yüksək mükafat sayına çatan Hyundai bununla da öz rekordunu təzələdi. Bundan əlavə, 10 fərqli modeli ilə “İlin avtomobili” mükafatlarına layiq görülən Hyundai, məhsul kateqoriyasında da gücünü və istehsal keyfiyyətini sübut etdi.
Dizayndan davamlı inkişafa qədər müxtəlif nominasiyalar üzrə mükafatlar qazanan Hyundai, yalnız müştəriləri deyil, həm də dizayn sənayesindəki sektor və səlahiyyətlilər tərəfindən də çox uğurla qiymətləndirildi. Önümüzdəki illərdə intellektual mobillik həlləri və robot texnologiyaları ilə adından söz etdirəcək Hyundai, beləliklə, gələcək üçün çox ümidverici bir marka olaraq önə çıxır.
IONIQ 5 ilə gələn böyük uğur
Bütün Avropada və satışa çıxarıldığı digər ölkələrdə diqqətləri öz üzərinə çəkən IONIQ 5, elektrikləşdirmə sahəsində markaya son dərəcəəhəmiyyətli bir dəyər qatdı. 2021-ci ilin əvvəlində uğurlu təqdimatdan sonra İngiltərə, Almaniya və Belçika kimi mühüm bazarlarda 25-dən çox sənaye mükafatını bir-bir toplayan IONIQ 5, nəhayət "2022 COTY - İlin Avtomobili" səsverməsinə qalan 7 finalçı avtomobildən biri kimi öz damğasını vurdu.
2021-ci ildə Hyundai markası Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış tam yeni krossover SUV modeli BAYON və ilk xüsusi yüksək performanslı SUV KONA N ilə də diqqət çəkdi. Bu modellərəəlavə olaraq, TUCSON modelinin Euro NCAP çarpışma testlərindən beş ulduz alaraq təhlükəsizlik sahəsində uğuru markanın əldə etdiyi başqa bir əhəmiyyətli mükafat olaraq ili qeyd etdi.
Top Gear Mükafatlarında Hyundai markası üçün birincilik mükafatı
Son aylarda Hyundai həmçinin Britaniyanın əfsanəvi avtoşou proqramı və jurnalı Top Gear Awards tərəfindən iki ən yüksək mükafata layiq görülüb. Hyunda i20 N ,1000 at gücünə malik hiper-sport avtomobili rəqiblərini və ultra lüks modelləri geridə qoyaraq "İlin avtomobili" seçildi. Bundan əlavə, Hyundai üstün model seriyası ilə jurnalın "İlin İstehsalçısı" mükafatına layiq görüldü. Müvəffəqiyyətini bu mükafatlarla məhdudlaşdırmayan Hyundai 2021-ci il Böyük Britaniya Avtomobil Reputasiyası Hesabatında ən yüksək marka zəmanəti xalını əldə etdi.
Hyundai, həmçinin davamlı tərəqqiyə verdiyi töhfəyə görə mükafatlandırılıb. Cənubi Koreya markası, akkumulyatorlu elektrik (BEV) avtomobilləri ilə yanaşı, mobillik-hərəkətliliyin həyati bir hissəsi kimi gördüyü hidrogen sahəsində də mühüm addımlar atıb. Son bir neçə ildir ki, Hyundai H2 Energy ilə birgə müəssisə olan Hyundai Hydrogen Mobility (HHM) vasitəsiləİsveçrədə hidrogen ekosistemini inkişaf etdirir. HHM, Hyundai XCIENT Fuel Cell yük maşınlarını kommersiya operatorlarına icarəyə verərək xüsusilə nəqliyyat vəətraf mühitin mühafizəsi sahələrində yeni bir dövrün başlanğıcını qoydu.
Hyundai Motor Company haqqında
1967-ci ildəəsası qoyulan Hyundai Motor Company 200-dən çox ölkədə fəaliyyət göstərir və dünya üzrə 120.000-dən çox işçisi ilə real dünyadakı mobillik problemləri ilə mübarizə aparır. “Insanlıq üçün Tərəqqi” brend vizyonuna əsaslanaraq, Hyundai Motor İntellektual Mobil Həllər Provayderinə çevrilməsini sürətləndirir. Şirkət gələcək mobillik xidmətlərini təqdim etmək üçün açıq innovasiyaları həyata keçirməklə yanaşı, inqilabi mobillik həllərini təqdim etmək üçün robototexnika və Urban Air Mobility (UAM) kimi qabaqcıl texnologiyalara sərmayə qoyur. Hyundai dünya üçün davamlı gələcəyə nail olmaq üçün sənayedə aparıcı hidrogen yanacaq elementləri və EV texnologiyaları ilə təchiz edilmiş sıfır emissiyalı avtomobillərin buraxılması istiqamətində səylərini davam etdirməkdədir.
“Hyundai Azərbaycan” haqqında
“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. Ölkəmizdə ilk avtomobil dilerlər şəbəsi olaraq fəaliyyətə başlayan “Hyundai Azərbaycan” hal hazırda 74000 -dən çox müştəri portfelinə sahibdir. İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət, "Hyundai" markasının ölkə üzrə 12 satış və servis mərkəzindən ibarət dilerlər şəbəkəsini formalaşdıraraq avtomobil sektorunda ən geniş xidmət şəbəkəsinə sahibdir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək
-
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb
-
2 saat əvvəl
Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq
-
3 saat əvvəl
"Energetika sahəsində uğurlu əməkdaşlıq edirik, növbəti kontrakt imzalanacaq"
-
3 saat əvvəl
Əliyev: Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır
-
3 saat əvvəl
“PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

"Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

“PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”

AZCON-da yeni təyinat
Ən çox oxunanlar

Vestel ağır vəziyyətdə - 2000 nəfəri ixtisar edir

“Bakcell” süni intellekt təlimi təşkil etdi
.jpg)
Kreditlərinizi “Unibank”a gətirin – komissiya 0%, illik faiz dərəcəsi cəmi 9.5%-dən başlayır!

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb

Məhsul sahibi yoxdursa, məhsul da yoxdur

Sabahın hava proqnozu açıqlanıb
