"Bu baş versə, Azərbaycana turist axını güclənəcək"
"Bu il Azərbaycanın bir sıra ölkələrlə hava sərhədləri açıldı və ölkəyə müəyyən qədər turist axını oldu. Yerli turizm obyektləri xarici ölkə vətəndaşları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da axını ilə üzləşdi. Regionlardakı otellər həftə sonları tam dolu, həftə içi isə qismən dolu olurdu".
Bunu açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Ə.Qurbanov 2022-ci ilin də turizm sənayesi üçün uğurlu olacağına inanır: "Yeni ildə əlavə ölkələrlə hava sərhədlərinin, həmçinin quru sərhədlərimizin açılacağını gözləyirik. Bu baş versə, həmsərhəd ölkələrdən Azərbaycana turist axını güclənəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bir sıra layihəl reallaşdırılır, beynəlxalq hava limanları işna olunur. Bu isə o deməkdir ki, xarici turistlər təyyarə ilə Qarabağa gələ biləcəklər.
"Gələn il həmçinin Azərbaycanda "Turizm haqqında" yeni qanunun qəbul ediləcəyi gözlənilir. Sonuncu qanun 1999-cu ildə qəbul edilib. Yeni qanunda bir çox önəmli məqamlar var. Xüsusilə turizm şirkətlərinin və otellərin reyestrinin yaradılması nəzərdə tutulur ki, bu da həmin obyektləri daha şəffaf işləməyə sövq edəcək. Yəni, şirkətlər barədə məlumatları açıq reyestr vasitəsilə görmək mümkün olacaq və bu amil turizm sektorunda canlanmaya səbəb olacaq", - deyə Ə.Qurbanov əlavə edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























