“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Omikron narahatlıqları artıbInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Omikron dalğası fonunda narahatlıqlar və Almaniyada biznes mühitinin proqnozlaşdırılandan sürətlə pisləşməsi, avroda ucuzlaşmaya, güvənli liman maliyyə aləti kimi dollara olan tələbi artırmışdır. Beləliklə, EURUSD məzənnəsi 1.12$-a düşə bilər.
Bununla yanaşı, Milad və Yeni il bayramları ərəfəsində ticarət aktivliyinin getdikcə zəiflədiyi, ehtiyat tədbirlərin artdığı müşahidə edilir.
GBP
Narahatlıqlar, xüsusilə də mərkəzi bankın faizlərini yüksəldilməyə başladığı bir vaxtda İngiltərədə də artıb. Bu, GBPUSD məzənnəsinin bir ilin minimumuna - 1.3164 səviyyəsinə düşməsinə kimi dərinləşə bilər.
TRY
Foreks bazarlarında USDTRY məzənnəsi yüksəlməkdə davam edir və növbəti önəmli müqavimət səviyyəsi 18.72TL-dir.
Qeyd etmək lazımdır ki, TCMB-nin faizlərini azaltmaqda davam etməsinə baxmayaraq, proses bir tərəfdən də proqnozlara bərabər, yəni zəif davam etdirilir. Bu, lirənin ucuzlaşmasının yavaşlamasına da səbəb olub.
OIL
Qlobal iqtisadiyyata dair narahatlıqların yenidən artması, enerji birjalarında neftə olan tələbi də azaldır. 70$ dəstəyi də qırılacağı təqdirdə, Brent neftində ucuzlaşma 66$-a kimi sürətlənə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Mərkəzi banklar tərəfindən siyasətlərin sərtləşdirilməsinə başlanılması və buna dair bəyanatların artması, əlvan metallar bazarlarında qızıl da ucuzlaşır. Təhlillərə əsasən, bir unsiya qiymət 1800$-ı (57.9$/qram) da qırarsa, 1776$-a (57.1$/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
13 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
13 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
14 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
14 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
15 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
























