“Ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları 823 manat olacaq”

“Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir”.
Bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.
Onun sözlərinə görə, bugünkü Sərəncamla dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, direktorların, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır: “Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşı isə 40 faiz artırılır. Müəllimlər iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrində təxminən 250 minə yaxın müəllim çalışır, bu müəllimlərin təxminən 82 faizi ali təhsilli müəllimlərdir. Bu gün onların orta aylıq vəzifə maaşları 264 manatdır. Bu vəzifə maaşları orta göstəricidir. Vəzifə maaşları müəllimlərin pedaqoji stajından asılı olaraq fərqlənir. 3 ildən 18 ilə qədər staj üzrə fərqli əmək haqqı mövcuddur. Orta göstərici vəzifə maaşları 20 faiz artırsa, ali təhsilli ümumtəhsil müəssisələrində çalışan müəllimlərin maaşları orta hesabla 674 manat təşkil edəcək. Onu da qeyd edim ki, aylıq vəzifə maaşları 1 stavka 18 saat dərs yükü üçün hesablanmış aylıq maaşlardır. Amma faktiki olaraq müəllimlərimizin, xüsusilə Bakıda 18 saatdan artıq dərs yükü var. Bakıda orta hesabla bu, 22 saat təşkil edir. Əgər 22 saatlıq dərs yükünü götürsək, onda ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları təxminən 823 manat təşkil edəcək”.
Təhsil nazirinin müavini deyib ki, “Bir sıra müəllimlərin maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir”.
“Xüsusilə də lisey və gimnaziyalarda çalışan müəllimlər var. Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin təxminən sayı 1400 nəfərdir. Onların vəzifə maaşlarına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyalarda çalışan müəllimlərin orta maaşı təxminən 950-1000 manat, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq maaşı 1200-1250 manat arasında olacaq”, - o deyib.
Nazir müavini gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşlarının da 40 faiz artırıldığını diqqətə çatdırıb. İ.İsayevin sözlərinə görə, onların maaşları təxminən 480-500 manat olacaq: "Çağırışaqədərki hazırlıq rəhbərlərinin sayı təxminən 3,3 min nəfərdir".
O, ümumtəhsil müəssisələrində xüsusi sxemlə vəzifə maaşı müyyən edilən müəllimlərin, bir də dövlət ümumtəhsil müəssisələrində çalışan, amma vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunların sayı dövlət ümumtəhsil müəssisələrində təxminən 70 minə yaxındır:
"Bildiyiniz kimi, minimum əmək haqqının artması ilə bağlı da dövlət başçısı sərəncam imzalayıb. Bu o deməkdir ki, minimum əmək haqqı artdığı təqdirdə vahid tarif sorğu cədvəlində də dəyişikliklər baş verəcək. Orada da əmək haqqı artımı onlara da şamil ediləcək. Toplam olaraq onların da maaşı təxminən 450 manata qalxacaq. Hər iki qrup üzrə əmək haqqı artımına dövlət ümumtəhsil müəssisələrində növbəti ildən 320 milyon manatdan artıq vəsait sərf ediləcək. Bu vəsaitlər dövlət büdcəsində layihədə artıq nəzərdə tutulub və növbəti ildə sərf ediləcək".
1 milyona yaxın insanın maaşı artacaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Yəni, bu gün imzalanan Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir.
Qeyd olunub ki, islahatların yeni mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
-
4 saat əvvəl
"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı
- 6 saat əvvəl
Son Xəbərlər

"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Birjadan Bank "BTB"nin istiqrazları barədə qərar

Birjadan "Unibank"ın dollar istiqrazları barədə qərar

Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi

“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi

PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

“Katora 44” şirkətinin Türkmənistandan idxal etdiyi 56 ton pomidorun məhv olunması barədə qərar qəbul edilib

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib

Təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib, cinayət işləri başlanıb

“Abi” otelinin fəaliyyəti dayandırılıb

"Anbar və qida istehsalı sexinin 360 kvadratmetri yanıb"
