Azercell Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir
Son 25 il ərzində mobil operator dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb, ölkədə telekommunikasiyanın inkişafına 1.7 milyard ABŞ dollarından çox investisiya yatırıb, sosial yönümlü layihələrə isə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.(®) 5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” MMC fəaliyyətinin 25 illiyini qeyd edir.
Azercell-in yaradılması müstəqilliyini yenicə qazanmış Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı və səmərəli islahatların tərkib hissəsi idi. Ölkədə telekommunikasiya sənayesinin inkişafına dəstək vermiş Ümummilli lider Heydər Əliyev Azercell-in açılış mərasimində iştirak edib. Qürurvericidir ki, GSM texnologiyasını sınaqdan keçirən və Azercell vasitəsilə edilmiş ilk zəngə cavab verən şəxs Ulu Öndər olub.
25 illik fəaliyyəti ərzində şirkət Azərbaycanın mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib və abunəçilərinə daima qabaqcıl həllər təqdim edərək keyfiyyətli, innovativ və əlçatan rabitə xidmətləri göstərib. Azercell Azərbaycanda GSM texnologiyası, 24/7 rejimdə çalışan Çağrı Mərkəzi, SimSim (fakturasız) xətt sistemi, M2M xidmətləri, 4G texnologiyası, Azercell Ekspres xidmət mərkəzləri, mobil və onlayn müştəri xidmətlərini təqdim edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən ilk şirkət olub.
Azercell Azərbaycanın qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Son 25 il ərzində mobil operator dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb, ölkədə telekommunikasiyanın inkişafına 1.7 milyard ABŞ dollarından çox investisiya yatırıb, sosial yönümlü layihələrə isə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən müəyyən edilən 5 Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Azercell də bu gün öz şəbəkəsini bütün ölkə ərazisində genişləndirərək yeni rəqəmsal eraya qədəm qoyur. Şirkət müasir rəqəmsal və kiber xidmətlər üzərində çalışır, həmçinin qabaqcıl kommunikasiya həlləri yaradır. Bu yanaşma şirkətin yenilənmiş korporativ strategiyasında da əks olunur. Yeni strategiyaya görə Azercell-in əsas məqsədi həm fərdi, həm də bütün növ iri və kiçik biznes müştərilərinin istək və gözləntilərini qabaqcadan müəyyən edərək onlara cavab verməkdir.
“Hazırda biz çağırışlarla zəngin dövrdə yaşayırıq. Texnologiya durmadan sürətlənir, müştərilərimiz öz növbələrində texnoloji yeniliklərə daha açıqdırlar. Bizim yeni məqsədimiz: “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”. Müştərilərimizin artan dinamika ilə inkişaf edən istəklərini qarşılamaq və bir addım öndə olaraq onları öncədən müəyyən etmək üçün biz daima öyrənməli, inkişaf etməli və qarşımıza yeni hədəflər qoymalıyıq. Fəaliyyətimizlə cəmiyyətə verə biləcəyimiz faydanı rəhbər tutaraq abunəçilərimizin həyatına daha intensiv şəkildə inteqrasiya olmalıyıq. Hazırkı bazar şərtləri və inkişaf dövründə yalnız bu yolla uğur qazanmaq mümkündür!”, - “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin yeni məqsədini açıqlayaraq qeyd etdi.
25 il əlamətdar tarixdir. Bu önəmli gün Azercell-i gələcək fəaliyyətini yenidən düşünməyə,yüksək texnologiyalar dövrünün tələblərini qarşılamaq və proqnozlaşdırmaq məqsədi daşıyan yeni brend platformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni şüarını açıqlayır - “Sənə yaxın gələcək”. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.
25 illik yubileyini və brendin yenilənməsini qeyd edən Azercell bütün bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir!
Azercell bütün abunəçilərini 25 illik yubileyini qeyd etmək və ən son yeniliklərdən xəbərdar olmaq üçün sosial media hesablarını izləməyə dəvət edir:
Facebook: https://www.facebook.com/azercell
Instagram: https://www.instagram.com/azercell/
LinkedIn: https://www.linkedin.com/company/azercell/
TikTok: https://www.tiktok.com/@azercell_official
Twitter: https://twitter.com/Azercell
YouTube: https://www.youtube.com/AzercellAds
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
3 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
3 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
3 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
4 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!

















