Azərbaycan banklarından Yeni il kampaniyaları - FAİZLƏRƏ ENDİRİMLƏR ELAN EDİLİB

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan bankları müxtəlif kampaniyalar elan ediblər. Kampaniyalar əsasən kredit faizləri üzrə endirimləri nəzərdə tutur. Eyni zmaanda, bir sıra banklarda sərfəli kampaniyalar davam etməkdidir.
1. ABB-də cəmi 13%-lə kredit fürsəti!
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ABB də kredit kampaniyası elan edib.
Hər bir müştəri Banka müraciət edərək “İlin son fürsət”indən yararlana bilər. Belə ki, kampaniya müddətində nağd pul kreditini cəmi 13%-dən başlayan illik faiz dərəcəsi ilə əldə etmək olar. Bu fürsət 1 dekabrdan 10 yanvara qədər keçərlidir.
Kampaniyanın şərtləri:
Məbləğ - 30 000 manatadək
Müddət - 60 ayadək
Komissiya – 0%
İllik faiz dərəcəsi – 13%-dən başlayaraq
Zaminsiz - 20 000 manatadək
500 manatlıq TamKart kredit kartı hədiyyə
ABB-nin əmək haqqı və pensiya kartı sahibləri ilə yanaşı, əmək haqqını digər bankların kartları ilə alan müştərilər də bu sərfəli kredit imkanından faydalana bilərlər. Başqa banklara kredit borclarını bağlayıb ABB-dən daha da aşağı faizlərlə kredit əldə etmək də olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
2. AccessBank-dan illik 14%-lə nağd kredit!
“AccessBank” “İlin son fürsəti” kampaniyasını elan edib. Bankın yaydığı məlumatda bildirilir ki, AccessBank-da nağd kredit daha da sərfəli olub.
“İndi müştərilər əmək haqqıdan asılı olaraq 30 min AZN-dək nağd krediti illik 14%-dən başlayan faiz dərəcəsi ilə və ən əsası zaminsiz və komissiya haqqı olmadan əldə edə bilərlər. Kreditin maksimal müddəti 48 ayadəkdir.
Ətraflı məlumat əldə etmək və sifariş vermək üçün: https://www.accessbank.az/az/private/loans/
Kampaniyadan yararlanmaq üçün AccessBank-ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) əldə etmək mümkündür”.
3. “AFB Bank” müştərilərinə Yeni ili minimum faizlə keçirməsi üçün misilsiz dəstək göstərəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul krediti illik cəmi 14%-lə təqdim edilir. 30 000 AZN-dək krediti 48 ay müddətinə zaminsiz və sığorta haqqı ödəmədən əldə etmək üstünlüyünə sahibsiniz.Eyni zamanda növbəsiz çevik rəsmiləşdirmə ilə vaxta qənaət edəcəksiniz.
Sərfəli kredit məhsulundan, Azərbaycan ərazisində yaşayan və Azərbaycan vətəndaşı olan, rəsmi gəlirini təsdiq edə bilən hər kəs və 70 yaşına qədər təqaüdçülər yararlana bilər.
“AFB Bank” ın təqdim etdiyi Nağd pul kreditindən yararlanmaq üçün https://afb.az/nagd-pul-krediti online sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 15 45 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.
4. Azər Türk Bank-da kreditlərin illik faiz dərəcəsi 14%-dən başlayır
Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə kampaniya keçirir. Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14%-dir.
13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır.
Qeyd edək ki, 3 aydan 12 ayadək və 13 aydan 24 ay müddətinədək verilən kreditlərə görə komissiya nəzərdə tutulmamışdır.
Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
5. Bank BTB illik 13.99%-dən nağd pul krediti təklif edir
Bank BTB də “Yeni il” kampaniyasını təqdim edir. Bankın press-relizində bildirilir ki, Yeni ilin sehirli ab-havasını yaşamaq üçün səyahət, yeni biznes, təmir və digər planları gerçəkləşdirməyin tam zamanıdır. Belə ki, kredit əldə etmək istəyən şəxslər bankın təqdim etdiyi kampaniya çərçivəsində bütün növ kreditlərdən faydalana bilərlər.
“Beləliklə, illik 13.99%-dən başlayan 48 ay müddətinədək 30.000 AZN-dək Nağd pul krediti təklif olunur. Bundan əlavə, KOB (kiçik və orta biznes) kreditləri illik 14.99%-dən və Mikro kreditlər illik 16.99%-dən başlayaraq təqdim edilir.
Bunu da qeyd edək ki, təqdim edilən kreditlərdə sığorta komissiyası yoxdur, rəsmiləşdirmə komissiyası isə 0%-dən başlayır.
Nəzərinizə çatdıraq ki, “Yeni il” kampaniyası Dekabrın 30-dək davam edəcək, odur ki, Bank BTB ilə arzularınıza yaxın olun.
Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir”,- məlumatda bildirilir.
6. Bank of Baku faizləri endirib, aylıq ödənişləri azaldıb
Yeni ilin gəlişini sevinclə qarşılayan Bank of Baku, müştərilərinə Yeni İl möcüzəsi yaşadaraq – faizləri endirib, aylıq ödənişləri azaldıb.
Belə ki, indi Bank of Baku-dan 30.000 AZN-dək Nağd Pul Krediti əldə edən hər kəsin aylıq ödənişi daha az olacaq.
Məsələn, kampaniya müddətində 3500 AZN kredit əldə edən şəxslər aylıq 135 AZN yox, 95 AZN, 6000 AZN kredit əldə edənlər isə aylıq 232 AZN yox, 162 AZN ödəyəcəklər. Yəni, kreditin aylıq məbləği azalacaq və şərtlər daha sərfəli olacaq.
Yeni ilə özəl olaraq keçirilən kampaniyanın üstünlükləri bununla bitmir. Kredit əldə edən müştərilər bir çox üstünlüklərə sahib ola biləcəklər:
İllik min.14% ilə kredit;
20.000 AZN-dək ZAMİNSİZ kreditləşmə;
30 dəqiqə ərzində kredit alma imkanı;
Növbəsiz və çevik rəsmiləşmə.
Bank of Baku-nun yeni kampaniyasından maaş kartı istənilən banka aid olan, başqa bankda krediti olan və Azərbaycan Respublikası ərazində yaşayan və qeydiyyatda olan HƏR KƏS faydalana bilər.
Kampaniya 31 dekabr 2021-ci il tarixinə kimi keçərlidir.
Yeni ildə sərfəli şərtlərlə kredit əldə etmək istəyən şəxslər, bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan - (+99450) 447-00-55 müraciət edə və ya onlayn kredit sifarişi (https://bit.ly/2MutncF) bölməsindən krediti sifarişi yerləşdirə bilər.
7. Yeni il öncəsi krediti Bank Respublikadan götürənlər 5%-ni geri alacaq
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Yeni il ərəfəsində də, müştərilərini sevindirəcək çox sərfəli kredit kampaniyasına start verib.
Artıq kredit götürərkən xərcləriniz barəsində deyil, nə qədər pul qazanacağınız haqda düşünəcəksiniz!
Çünki, Bank Respublikanın start verdiyi yeni kampaniya çərçivəsində müştərilər nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsilə götürüb, kredit məbləğinin 5%-ni geri alacaqlar! Bunun üçün, bankın kartla təqdim etdiyi istehlak kreditini nağdsız şəkildə xərcləmək kifayət olacaq.
Qeyd edək ki, “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri max.müddәti 48 ay olan 50 000 manatadək nağd istehlak kreditlərini heç bir sığorta haqqı olmadan və zaminsiz əldə etmək imkanı qazanacaq.
Kampaniya 10 yanvar 2022-ci il tarixinədək davam edəcək.
Ən önəmli məqamlardan biri də odur ki, Bank Respublikadan daha öncə kredit götürən müştərilər banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına almaq imkanı da qazanacaqlar. Krediti onlayn sifariş edən müştərilər həmçinin KOMİSSİYADA 50% ENDİRİM əldə edə biləcək.
Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.
8. Expressbank nağd istehlak kreditini 13.22%-dən təklif edir
"2022-ci ildə Expressbank-la Siz də öz kredit faizlərinizi azaldın! Əmək haqqı, iş yeri və vəzifəsindən asılı olmayaraq hər kəs, cəmi 13.22%-lə 30.000 manatadək nağd pul krediti əldə edə biləcək", - Expressbank-ın reklamında bildirilir.
Sifariş üçün: https://www.exb.az/orders/loans/cash/
9. Rabitəbankdan nağd pul krediti 14.44% ilə başlayan şərtlərlə
Rabitəbank 2021-ci ilin son kampaniyası ilə nağd pul kreditinin illik faizini endirib. Bankın yaydığı məlumatda bildirilir ki, dekabrın 3-dən etibarən bankın sadiq və yeni müştəriləri nağd pul krediti məhsulunu illik cəmi 14.44% ilə başlayan şərtlərlə əldə edəcəklər. 30000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə heç bir komissiya və sığorta haqqı ödəmədən əldə etmək üstünlüyünə sahibsiniz.
Kampaniya müddətində krediti onlayn sifariş edən müştərilər əlavə endirim qazanacaqlar. Bunun üçün nağd pul kreditini Rabitəbankın rəsmi saytından, Rabita Mobile tətbiqindən, 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərməklə və ya 133 Çağrı Mərkəzinə zəng edərək sifariş edə bilərsiniz.
Arzularınızı reallaşdırmaq və planlarınızı həyata keçirmək üçün kampaniyadan faydalanmağa tələsin. Təklifin keçərli olduğu son gün - 14 yanvar, 2022-ci il.
Daha ətraflı məlumatı www.rabitabank.com rəsmi veb-saytından, 133 Çağrı Mərkəzindən və ya Bankın rəsmi sosial media hesablarında ismarış yollayaraq əldə edə bilərsiniz.
10.TuranBank-da kredit 13.7%-dən başlayır
TuranBank “İlin fürsəti” kampaniyasına start verib Belə ki, Bank nağd kredit üzrə faiz dərəcəsini daha sərfəli edən “Bu kampaniya çərçivəsində TuranBank-a müraciət edən hər kəs nağd krediti 13.7%-dən başlayan faiz dərəcəsi ilə əldə etmək, həmçinin ödənişə 2022-ci ilin aprel ayından başlamaq imkanı qazanacaq. Eyni zamanda, müştərilər kampaniyaya əsasən nağd krediti komissiyasız və zaminsiz də əldə edə biləcək.
31 Dekabr 2021-ci il tarixədək davam edəcək kampaniyanın şərtlərinə əsasən nağd pul kreditini filiala gəlmədən TuranBank-a məxsus rəsmi veb saytdan, mobil tətbiq və ya sosial şəbəkələrdən (Facebook, Instagram, Whatsapp) onlayn sifariş edən şəxslər illik faiz dərəcəsinə 1%-dək endirim qazanacaq.
Kampaniya haqqında daha ətraflı https://bit.ly/2ZJAFDw keçidinə daxil olaraq tanış ola bilərsiniz.
11. Kapital Bankın BirKartı ilə hər 20-ci taksit əməliyyatı hədiyyə qazandırır
Kapital Bank BirKart taksit kart sahiblərinə Yeni ilin gəlişi münasibətilə yeni kampaniya təqdim edilir. Məlumata görə, bütün BirKart sahibi olan müştərilər partnyor mağazalarında 50 AZN-dən yuxarı istənilən taksit ödənişləri etdikdə (ninja əməliyyatlarına şamil edilmir) əlavə qazanc əldə edə biləcəklər.
6 yanvar 2022-ci il tarixinədək davam edəcək aksiya müddətində gün ərzində hər 20-ci taksit əməliyyatı edən BirKart sahibi avtomatik olaraq 22 AZN hədiyyə qazanır. Hədiyyə edilən məbləğ 3 iş günü ərzində kartın hesabına mədaxil ediləcək. Hər müştəri kampaniya ərzində 2 dəfə 22 AZN (toplam 44 AZN) qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bk2022pr.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
12. "Muğanbank Çek" komissiyasız oldu!
15 Yanvar tarixinədək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasında Muğanbank evinə müraciət etdikdə "Muğanbank Çek"-i komissiyasız əldə edə bilərsiniz. 10 000 AZN uduş şansı!
Ətraflı: +99412933
13. "Yapı Kredi Bank Azərbaycan"da 2 kampaniya davam edir
"Yapı Kredi Bank Azərbaycan" Worldcard”la alış-veriş festivalı adlı kampaniya keçirir. Kampaniya tarixi 31 Dekabr 2021-ci il tarixinədək davam edəcək.
Kampaniya müddəti ərzində 100 AZN və üzəri əməliyyatlar 3 hissəyə bölünəcək. Kampaniya ölkəxarici və ölkədaxili bütün Bankların POS terminalları və bütün onlayn alış-verişlər üçün keçərlidir. Kampaniya World Klassik, Gold ve Platinum ana və əlavə kartlar ( ek kartlar ) üçün keçərlidir. Yapı Kredi Bankın Pos terminalından edilən alış-verişlər kampaniyaya şamil edilmir.
"Yapı Kredi Bank Azərbaycan"ın digər bir kampaniyasına görə, 1 noyabr-31 dekabr tarixlərində ən çox alış-veriş etmiş şanslı 9 müştəri hədiyyə əldə edəcək.
Hədiyyələr:
1-ci yer Iphone13;
2-ci yer Ipad Air 4 64 GB;
3-cü yer Laptop;
4-cü yer Airpod;
5-ci yer geyim mağazasından 200 AZN məbləğində alış-veriş çeki;
6-cı yer kosmetika mağazasından 150 AZN məbləğində alış-veriş çeki;
7-ci yer 100 AZN Bal;
8-ci yer 75 AZN Bal;
9-cu yer 50 AZN Bal
Ətraflı məlumat üçün: *0444
Daha ətrafflı: https://www.worldcard.com.az
14. Unibank “Qış kampaniyası” ilə kredit faizləri azaldılıb və kreditlər 0% komissiyalı olub
Biznesinizə pulun daha çox lazım olduğu bir vaxtda, Unibank mikro və kiçik sahibkarlar üçün çox sərfəli kampaniya elan edib. “Qış kampaniyası” çərçivəsində ilin sonunadək kredit faizləri azaldılıb və kreditlər 0% komissiyalı olub. Kampaniya çərçivəsində sahibkarlar Unibank filialına müraciət edərək mikro kreditləri komissiyasız və 2%-dək endirimlə əldə edəcəklər.
Faizi bir az da aşağı olsun deyirsinizsə, onda filiala gəlmədən, elə biznesinizin başındaykən kredit müraciəti edə bilərsiniz. Çünki onlayn müraciət edən biznes sahibləri əlavə olaraq 1% endirim qazanaraq, krediti 3% endirimlə və komissiyasız əldə edəcəklər. Onlayn mikro kredit əldə etmək üçün bu linkdən (https://unbk.az/Wspp) müraciət edə bilərsiniz.
“Unibank”ın qış kampaniyasından faydalanın, biznesiniz qış yuxusuna getməsin!
“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
15. “Gunay Bank” “1=2 ” kampaniyasına start verib
“Gunay Bank” ASC 2022-ci ilin gəlişi ilə əlaqədar yaxınlarına hədiyyə etmək istəyən vətəndaşlarımız üçün maraqlı və çox sərfəli kampaniyaya start verib. Kampaniya “Bir bərabərdir iki” adlanır.
Kampaniyanın şərtlərinə görə Banka müraciət edərək "Mastercard Platinum" ödəniş kartını əldə edən müştəriyə, yaxud həmin müştərinin yönləndirəcəyi istəlilən şəxsə, "Gold" ödəniş kartı istənilən valyutada (manat, dollar, və avro) pulsuz təqdim olunacaqdır.
Kampaniyanın müddəti 1 ay nəzərdə tutulur.
Ətraflı məlumat almaq istəyənlər bankın rəsmi internet və sosial səhifələrindəki çat bölümü, həmçinin 1546 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.
Nəzərinizə çatdırırıq ki, kartların online sifarişi Bankın rəsmi internet saytı vasitəsilə mümkündür.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
2 saat sonra
30 000 AZN mükafat fondu - Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək
- 21 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
21 saat əvvəl
Sement istehsalçısı "Holcim (Azərbaycan)" xalis mənfəətini bölüşdürəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"İlk dəfə 30 mindən artıq vətəndaş ABB-nin gəlirlərindən öz qazanc payını alacaq"
-
1 gün əvvəl
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olunub
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib
- 1 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

"Bakı Dəmir Beton-8" fəaliyyətini dayandıracaq

Balakəndə sərnişin kanat yolu tikiləcək - SƏRƏNCAM

Gömrük Komitəsidən “Lion Centre” açıqlaması - Qiymətlərin azaldılması, gömrük ödənişlərindən yayınma aşkar edilib

Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”da Biznes bankçılıq üzrə müşavir təyinatı

“Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirib

Azərbaycanda ilk dəfə keçirilən ecomX e-ticarət proqramının 1-ci mərhələsi uğurla başa çatıb

AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb
