Yüksəkdozalı Vitamin C koronavirusdan sağalma sürətini kəskin artırır
Covid -19-a yoluxma hələ də davam edir. Həm böyüklər, həm də uşaqlar arasında ağırlaşmalar qeyd edilir. Covid- 19 hələ də neçə-neçə ölüm hadisələrinə səbəb olur. Ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicələr aparılır.
Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bildiriblər ki, Yüksəkdozalı Vitamin C insanı COVID-19-un ağırlaşmasından qoruya bilər. Alimlər qeyd edirlər ki, Covid -19 –da Yüksəkdozalı Vitamin C –nin qəbulu sağalma sürətini 70% artırır: qanda oksigenin səviyyəsi yüksəlir və iltihab markerləri azalır.
12 klinik tədqiqatın nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, C vitamininin tətbiqi qanda oksigen səviyyəsini artıra, iltihabı yatıra və hospitalizasiya müddətini qısalda bilər.
12 tədqiqatdan birinin müəllifləri belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70% artırıb.
Yeni Zelandiyadakı Otaqo Universitetindən tədqiqatın həmmüəllifi Anitra Carr:
"Ağır xəstələrə gündə 6-24 g vit. C tətbiqi faydalı oldu: sağqalma müddətini artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı".
İcmala görə, COVID-19 xəstələrinin 80%-nin qanında C vitamini səviyyəsi aşağıdır, buna görə Yüksəkdozalı Vitamin C bu çatışmazlığı aradan qaldıra bilər.
Dr. Marcela Vizkaichipi xəstələrin C vitamini səviyyəsinin yoxlanmasının vacibliyini qeyd etdi.
"Həmişə elektrolitlərin, mikroelementlərin və vitaminlərin, o cümlədən C və D vitaminlərinin yetərli səviyyədə olmasına diqqət yetirilməlidir. Bu, klinik təcrübənin standartına çevrilməlidir".
İcmalda, həmçinin Yüksəkdozalı C vitamininin şiddətli COVID-19-un inkişafının qarşısını almağa kömək edə biləcəyi ehtimal edildi.
Azərbaycanda dövlət qeydiyyatından keçmiş C vitamininin ən yüksək dozalı preparatı Pascorbin 7,5qr \ 50 ml-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
9 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
10 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
10 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
11 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























