"Bu sortdan 15-17 ton məhsul yığacağam"
İkinci çörək sayılan kartofun yığım dövrü əsasən yaz fəslində olsa da, Cəlilabadda payız fəslində də kartofun kütləvi yığımı davam edir. Fermerlər məhsulun toplanmasına noyabrın əvvəlindən başlayıblar.
Cəlilabadın torpaq-iqlim şəraiti əlverişli olduğu üçün kartof bitkisi rayonda daha geniş ərazilərdə əkilib-becərilir. Torpaqdan il ərzində iki, bəzən üç dəfəyədək məhsul götürən zəhmət adamları, builki payızlıq əkin mövsümündə də təxminən 650 hektara yaxın sahədə kartof məhsulu yetişdiriblər. Mütəxəssislərin sözlərinə görə, payızlıq kartofun vegetasiya dövrü ilin nisbətən soyuq fəslinə düşdüyündən bitkidə ciddi xəstəlik və zərərvericilər də müşahidə olunmur. Lakin fermerlər daha yüksək məhsuldarlıq əldə etmək üçün əsasən yaz fəslinə üstünlük verirlər. Əkin zamanı daha çox Rusiyadan gətirilən toxum sortlarından istifadə olunur.
Fermer Elvin Ağalarov deyir ki, əkinə avqust ayından başlayıb və məhsuldarlıq ürəkaçandır: “Biz payız əkininin məhsulunu indi torpaqdan çıxarırıq. Bir neçə kartof sortu əkmişik. Daha çox əkində “Kembirov” sortu və “Udaçi” sortundan istifadə edirəm və daha çox məhsul gözləyirəm. Təxmini olaraq bu sortdan 15-17 ton məhsul yığacağam. Payızlıq əkin var ki elə yerlərdə az olur. Mən bol məhsul götürmək üçün vaxtında aqrotexniki qulluq etmişəm. Gübrələrini vaxtında vermişəm. İndi də yığılan məhsul məni qane edir”.
İstehsalçılar ötən mövsüm kartof sahələrindən 140 min tondan çox, yaxud 265 sentner məhsuldarlıq əldə ediblər. Məhsulun 70 faizə yaxını xaricə ixrac olunub. Lakin fermerlər mövcud problemlərinin həlli istiqamətində onlara kömək göstərilməsini xahiş edirlər.
Cəlilabad DAİM-in sektor müdiri Mübariz Nadirov: “Aparılmış monitorinqlər nəticəsində fermerlərin müəyyən çətinlikləri, problemlərlə üzləşməsi qeydə alınır. Bu da xüsusən fermerlərin su problemidir. Çalışırıq ki, növbəti illər bu problem aradan qaldırılsın. Hazırkı dövrdə mineral gübrələrin qiymətinin baha olması barədə də öz iradlarını bildirirlər. Biz nazirlik səviyyəsində gübrələrdə qiymətin müəyyən qədər yüngülləşməsi barədə öz təkliflərimizi veririk”.
Hazırda sahələrdən tədarük olunan bol məhsul istehsalçıdan 50-55 qəpik qiymətə alınır. Yerli mütəxəssislərin hesablamalarına görə, kartof əkən fermerlərin ötənilki yazlıq və payızlıq əkinlərinə görə ümumi gəlirləri 1 milyon manatdan artıq təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























