"Gəlirli bitkidir - hektara 200 kiloqram əkirsən, 2 ton məhsul verir"
Bir hektar sahəyə təxminən 1500 manata qədər vəsait xərclənir, təxminən 6 000 manat gəlir götürülür.Qərb bölgəsində yerfındığının yığımı başa çatmaq üzrədir. Sahədən yığılan məhsul qurudulub təmizlənir, qabıqlı və ya dənələri qovurulmuş halda satışa çıxarılır.
Şəmkir rayonunun Sarıtəpə kəndində əsasən axıska türkləri tərəfindən becərilən bu bitkinin əkininə son illər tələbat artıb. Sakinlər 30 ilə yaxındır ki, yerfındığı əkib becərirlər.
Payızın soyuq günləri olmasına baxmayaraq, yerfındığı bitkisi mövsümün bu dönəmində torpaqdan çıxarılır. İşin əsas mərhələsi də bundan sonra başlayır. Bir yerə toplanan yerfındığının yaşıl kütləsi qurudulur, bir neçə gün saxlanılır. Bundan sonra isə yerfındığının gövdədən əl ilə təmizlənməsi prosesi başlayır.
Tələbata gəlincə, alıcısı olduğundan sakinlər satışda ciddi çətinlik çəkmirlər. Məhsul sahibləri hazırkı qiymətlərin onları qane etdiyini deyirlər. “Bu bitki əsasən Özbəkistanda becərilir. Biz toxumları oradan gətirib əkmişik. Torpaqdan çıxarıldıqdan sonra 10-15 gün qurumasını gözləyirik. Bizdə təmizləmə, qurutma texnikası olmadığına görə, əl əməyindən istifadə edirik”, – deyə kənd sakini Virşan Meralıyev bildirib.

Məhsul sahibləri deyirlər ki, xarici ölkəyə ixrac edilsə, yağ müəssisələri açılsa, yerfındığı əkininə maraq daha çox artar. Kənd sakini Məhəmməd Abuzər: “Yerfındığı gəlirli bitkidir. Yəni hektara 200 kiloqram əkirsən, 2 ton məhsul verir. Hazırda bir kiloqramının topdansatış qiyməti 3 manatdır. Məhsulumuz dünya bazarına, yaxud Rusiyaya, başqa dövlətlərə ixrac olunsa, ya da ki, öz zavodumuz olsa lap yaxşı olardı”.
Yer fındığı əkən torpaq sahibləri bir hektar sahəyə təxminən 1500 manata qədər vəsait xərcləyir. Elə də susevər olmayan bu bitki cəmi 4 dəfə suvarılır. Təxminən 3 dəfə də alaq otlarından təmizlənir. Məhsulun saxlanması da asandır. Quru şəraitdə saxlanarsa, uzun müddət xarab olmur. Becərildiyi müddətdə dərmandan da istifadə olunmur.
Qeyd edək ki bəzi ölkələrdə yerfındığı toxumlarından ərzaq yağı almaq üçün əkilib becərilir. Tərkibində 60 faizə qədər yağ, 35 faizdən çox zülal var.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 d. əvvəl
-
23 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
-
29 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
53 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı




















