Təsisçi olmaq üçün tələblər
Bank, Bank Olmayan Kredit Təşkilatı, Sığorta və lisenziyalaşdırılan şəxslər üzrə analizDüzgün istiqamətə yönəldilən investisiya gəlirin təməlidir. Hər bir investor müxtəlif sahələrdə fəaliyyətə üstünlük verdiyi üçün bu yazımızda Azərbaycan Respublikası qanunvericiliyi ilə bəzi sahələrdə təsisçilərə dair başlıca tələbləri qeyd edəcəyik.
1) Banklar. Qanunvericiliyə görə banklarla bağlı təşkilati-hüquqi forma açıq səhmdar cəmiyyət formasında olmalıdır. Bankların təsisçilərinə dair tələblərə aiddir:
- Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz.
- Məqbul və lazımi keyfiyyətlərə malik şəxs - vətəndaş qüsursuzluğuna malik olan, habelə ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar mənafeləri olmalıdır. Bu bankın mühüm iştirak payının sahibi üçün tələbdir.
- Vətəndaş qüsursuzluğuna, yəni qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması əsas tutulur. Bu da mühüm iştirak payına sahib şəxs üçün tələbdir.
- Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatlan bankın səhmdarı ola bilməzlər.
2) Bank olmayan kredit təşkilatları. BOKT-lər qadağan edilməyən istənilən təşkilati-hüquqi formada təsis edilə bildiyi üçün birbaşa tələblər nəzərdə tutulmamışdır. Bu səbəbdən də təsisçilərlə bağlı başlıca qeydlər aşağıdakı kimidir:
- Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər.
- Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər.
3) Sığorta şirkətləri - sığortaçılar. Sığortaçılar üçün də təşkilati-hüquqi forma açıq səhmdar cəmiyyəti formasında olduğu üçün təsisçilər səhmdarlar sayılır.
- Sığortaçıların təsisçisi ola bilməyəcək şəxslərin qanunvericiliklə dairəsi müəyyən edilmişdir. Belə ki, aşağıdakı şəxslərdən başqa hər kəs təsisçi ola bilər:
vətəndaşlığı olmayan şəxslər;
Siyasi partiyalar;
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar);
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.
- Fiziki şəxs təsisçilər üçün tələblərə aiddir:
müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması (əslində bu şərtin xüsusi vurğulanması zəruri deyil. Təbidir ki, maliyyə vəsaiti olmadan sığortaçıların kapital tələblərinə cavab verilə bilməz)
mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu
• qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması;
• mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması;
• müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması.
- Hüquqi şəxs təsisçilərə dair tələblərə aiddir:
Fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;
mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda
yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu, xarici hüquqi şəxslərin isə beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytinqindən aşağı olmayan reytinqə malik olması.
4) Lisenziyalaşdırılan şəxslər. Qiymətli kağızlar bazarı üzrə İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı birlikdə lisenziyalaşdırılan şəxslər kimi çıxış edir. Bu təşkilatlar səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında təsis edilir.
Bu təşkilatların təsisçiləri üçün başlıca tələblərə daxildir:
- Siyahısı səlahiyyətli orqan tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər lisenziyalaşdırılan şəxslərin səhmdarları ola bilməzlər.
- vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir (fiziki şəxslər üçün); Daha dəqiq desək.
mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmaması;
- fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə (olduqda) uyğun olmalıdır (hüquqi şəxslər üçün);
- Eyni şəxs Azərbaycan Respublikasında birdən artıq investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmlərinin nəzarət zərfinə (50 faiz və yuxarı həddi) birbaşa və ya dolayı yolla sahib ola bilməz.
- Azərbaycan Respublikasında fond birjası fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmdarlarının hər biri fond birjasının səhmlərinin 20 faizindən çox hissəsinə birbaşa və dolayı yolla sahib ola bilməz.
- Səlahiyyətli qurum tərəfindən müəyyən edilən siyahıya daxil olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə qeydiyatdan keçən hüquqi şəxslər olmamalıdır. Bu siyahı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunla konkretləşdirilir.
Göründüyü kimi hər bir sahə üzrə təsisçilər üçün xüsusi tələblər mövcuddur. Yekunda isə qeyd edək ki, bu təşkilatlar iqtisadiyyatda mühüm rol oynayır.
Müəllif: Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
11 saat əvvəl
Kabab evində at əti şübhəsi – Fəaliyyəti dayandırıldı, sahibkar məsuliyyətə cəlb olundu
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
-
15 saat əvvəl
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
-
16 saat əvvəl
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
“ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 104 dəfə artıb
BOKT yüksək faizlə borclandı – Hərracın nəticələri
Ən çox oxunanlar
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Avqustun 20-də gözlənilən hava şəraiti
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir

















