Pambıqçılıqda genetik modifikasiya – Avstraliya modeli
"Şirkətimiz məhsuldarlıq və keyfiyyət göstərirciləri yüksək olan pambıq toxum çeşidlərini yerli iqlım şəraitində ən azı 3 il müddətinə sınaqdan keçirir və nəticələr qənaət bəxş olursa əkinlər ilk öncə şirkətə məxsus sahələrdə aparılır".“MKT İstehsalat Kommersiya” MMC-nin “Aqrar Təqdiqat və İnkişaf” üzrə meneceri Fərid Firidunovun Genetik modifikasiya olunmuş pambıq toxum çeşidlərinin sürətlə yayılma səbəbləri və Avstraliya modeli haqqında müsahibəsini təqdim edirik.
-Ölkəmizdə son illər pambıqçılıq sektorunda əldə edilmiş sürətli inkişaf və uğurlu nəticələr bu sahəyə olan diqqəti daha da artırıb. Bu sektorda baş verən yeniliklər istifadə olunan innovativ texnologiyalar daima diqqət mərkəzində olur. Xüsusi ilə son illər dünyada pambıq istehsalına liderlik edən ölkələrin statistikasına nəzər saldıqda genetik modifikasiya olunmuş pambıq toxum çeşidlərinə aid əkin sahələrinin artdığını müşahidə etmək olar. Sizin fikrinizcə bunun səbəbləri nədir?
-GMO pambıq toxumlarının istifadəsinə 1996-ci ildən etibarən başlanıb. İlk öncə Amerika Birləşmiş Ştatları və Avstraliyada sınaq əkinləri həyata keçirilmiş və qısa zaman kəsiyində bu texnologiyanın daha geniş sahələrdə tətbiqinə start verilmişdir. Genetik modifikasiya olunmuş pambıq toxumlarının yayılma arealına və sürət tempinə nəzər saldıqda ilk öncə Avstraliya modeli üzərində durmaq lazımdır. Avstraliya pambıq istehsalında ən yüksək məhsuldarlıq göstəricisi olan ölkələr sırasındadır. Avstraliyada 1500 özəl təsərrüfatda pambıq əkinləri həyata keçirilir. Ölkədə 2021–ci il mövsümündə ortalama olaraq 270.000 hektar pambıq əkilib. Son on ildə pambıq əkin sahələrinin ölçüsündə ciddi fərqlər təzahür etməkdədir. Belə ki, ən yüksək əkin statistikası 2011–ci ildə 599630 hektar, ən aşağı əkin statistikası isə 2020-ci ildə 58858 hektar olaraq qeydə alınmışdır.
GMO pambıq çeşidləri Avstraliyada 1996-ci ildən etibarən əkilir. 2000-ci ildən etibarən bu texnologiyanın tətbiqi nəticəsində fermerlərin ümumi gəliri 78 Milyon ABŞ dolları həcmində artmışdır.
Zərərvericilərə qarşı Bacillus thuringiensis (Bt) geninin pambıq toxum çeşidlərinə redaktəsi nəticəsində Sovka zərəvericisinə qarşı ən optimal mübarizə üsulu əldə edilmişdir. Bu çeşidlər əkilmədən öncə yerli fermerlər insektisidlərə 50 milyon ABŞ dolları həcmində vəsait xərcləyirdi. İndi isə bu xərcin 92% aradan qaldırılmışdır. 2016 –cı ildən etibarən Avstraliyada becərilən pambığın 99%-i GMO-dur.
- Bildiyimiz kimi dünyada GMO toxumlarına qarşı münasibət bir mənalı deyil və heç şübhə doğurmur ki, adı çəkilən ölkələrdə də bu texnologiyanın qatı əleyhdarları var. Maraqlıdır bəs hansı institutsional dəstək, qurum və ya təşkilat bu texnologiyanın tətbiqinə və genişlənməsinə əlverişli mühit yaradır.
-Avstraliyada ümumilikdə sektorun inkişafına təkan verən ən mühüm amillərdən biri Pambıq Araşdırma və İnkişaf Korporasiyası (CRDC) tərəfindən həyata keçirilən çox şaxəli fəaliyyət strategiyasıdır. Bu qurum pambıqçılıq sektorunda əldə edilən yenilik və nailiyyətlərin qısa zaman kəsiyində ölkə sərhədləri daxilində yayır və potensial məhsuldarlığa malik toxum çeşidlərinin fermer təsərrüfatları tərəfindən əkilməsində önəmli rol oynayır. Hər il oratlama olaraq qurum tərəfindən araşdırma və tədqiqat işlərinə 25 milyon ABŞ dolları həcmində investisiya qoyulur. Qurumun ən fəal olduğu istiqamətlərdən biri də praktik və nəzəri təlim proqramlarıdır. 2021-ci ildə aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, pambıq istehsalçılarının 61% son 1 il içərisində öz işçi heyətləri ilə birlikdə praktik təlimlərdə iştirak etmişdir. Rəyi soruşulanların 60%-i bu təlimlər nəticəsində öyrəndikləri bilik və təcrübəni əkinlərinə tətbiq etdiklərini bildirmişlər. Pambıq Araşdırma və İnkişaf Korporasiyası (CRDC) sudan səmərəli istifadə sahəsində də uğurlu layihələr həyata keçirir. Mütərəqqi suvarma sisteminə qoyulmuş sərmayələr nəticəsində 1992-ci illə müqayisədə 227 kq mahlıc kipi istehsal etmək üçün istifadə edilən su həcmində 48% qənaət əldə edilmişdir.
-Avstraliyanı qeyd etdiniz, bəs başqa hansı ölkələr bu texnologiyadan yararlanır?
- Braziliya, Meksika, Çin, Cənubi Afrika, Pakistan, Hindistan və Kosta-Rikada GMO pambıq çeşidləri əkilməkdədir. Məlumat üçün bildirək ki, adı çəkilən ölkələrdə hektara düşən orta məhsuldarlıq olduqca aşağıdır və fermerlərin qazancını qaldırmaq üçün bu texnologiya yeganə çıxış yolu olaraq qəbul edilir.
-Azərbaycan dövlətinin mövqeyi bu məsələdə çox həssasdır və bunun fonunda “MKT İstehsalat Kommersiya” MMC və digər yerli istehsalçıların bu texnologiyalara münasibəti necədir və əlavə olaraq şirkətdə araşdırma və tədqiqat fəaliyyətləri hansı istiqamətdə həyata keçirilir.
-“MKT İstehsalat Kommersiya” MMC olaraq GMO toxumların istifadəsinə qarşı dövlətimizin mövqeyini bizdə dəstəkləyirik və həyata keçirdiyimiz tədqiqat araşdırma fəaliyyəti yalnız GMO-dan azad toxum çeşidləri üzərində qurulmuşdur. Şirkətimiz məhsuldarlıq və keyfiyyət göstərirciləri yüksək olan pambıq toxum çeşidlərini yerli iqlım şəraitində ən azı 3 il müddətinə sınaqdan keçirir və nəticələr qənaət bəxş olursa əkinlər ilk öncə şirkətə məxsus sahələrdə aparılır. Araşdırma və tədqiqat işləri yalnız toxum çeşid sınaqları ilə yekunlaşmır, burda şoran və şorakət torpaqların bərpası, innovativ becərmə texnologiyalarının tətbiqi, müasir suvarma qurğularının daha geniş sahələrdə səmərəli tətbiqi istiqamətlərində birçox araşdırma fəaliyyətlərini qeyd edə bilərik. Həmçinin əkib becərmə zamanı, xüsusi ilə tirə əkinlərində daha yüksək nəticələrə nail olmaq üçün müasir avtopilot naviqasiya sistemlərinin tətbiqi və səmərəli istifadəsi də, tərəfimizdən ciddi şəkildə öyrənilir və araşdırlır.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq istehsal etmişdir.
Cari ilin Yanvar-Sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 d. əvvəl
-
24 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
-
30 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
54 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı






















