Hakim "Azərxalça"nın sabiq sədrinin azadlığa buraxılmasına münasibət bildirdi
"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir və işin mahiyyətinə heç bir təsir göstərmir”.
Bunu açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi Əfqan Hacıyev deyib.
O bildirib ki, Vidadi Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Xatırladaq ki, ötən həftə "Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 d. əvvəl
-
36 d. əvvəl
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
-
-
38 d. əvvəl
İlk 2 ayda dövlət büdcəsinin gəlirləri 6,3 milyard manat, xərcləri 4,6 milyard manat olub
-
41 d. əvvəl
Bayram günü bəzi rayonlarda külək güclənəcək, leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
- 49 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
-
2 saat əvvəl
“Sədərək”in sahibinə qarşı yarım milyonluq dələduzluq - Həbs edildi
-
2 saat əvvəl
Samsung çip sektoruna 73 milyard dollar investisiya yatıracaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!
"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
Samsung çip sektoruna 73 milyard dollar investisiya yatıracaq
Bayram günlərinin hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Martın 20-də gözlənilən hava şəraiti
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
Novruzda hərəkətsiz qalmayın: Decathlon Bakıda sizi gözləyir
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
Qızılın unsiyasının qiyməti 4800 dollardan da aşağı düşdü
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
Apple-ın Çində smartfon satışları 23% artıb















