970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək

İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib və Şəxsi Kabinet yenilənib. İcbari avtomobil sığortasında yenilik — nə qədər ödəyəcəyinizi onlayn hesablayın. Sığorta haqqının niyə bu qədər olduğu artıq görünəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi və vətəndaşların sığorta məlumatlarına çıxış imkanlarının artırılması istiqamətində tədbirləri davam etdirir.

Bu çərçivədə İSB tərəfindən “Sığorta haqqını hesabla” yeni rəqəmsal funksionallığı istifadəyə verilib. Funksionallıq vətəndaşlara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını real vaxt rejiminə uyğun olaraq onlayn hesablamaq imkanı yaradır.

Yeni xidmət vasitəsilə vətəndaşlar mülkiyyətində olan və ya digər qanuni əsaslarla istifadə etdikləri nəqliyyat vasitələri üzrə sığorta haqqını əvvəlcədən hesablaya və məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə edə bilərlər.

Funksionallıq İSB-nin www.isb.az rəsmi internet səhifəsindəki Şəxsi Kabinet vasitəsilə təqdim olunur. Xidmətdən yararlanmaq üçün istifadəçilər “Daxil ol” bölməsindən Şəxsi Kabinetə elektron imza vasitələri – myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) ilə daxil olmalıdırlar.

İstifadəçi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil etdikdən sonra sığorta haqqının hesablanması üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının və İSB-nin informasiya sistemlərindən avtomatik əldə edilir.

Hesablama nəticəsində istifadəçiyə yekun sığorta haqqı ilə yanaşı, məbləğin formalaşmasına təsir edən əsas göstəricilər, o cümlədən sığortalı günlərin sayı və tətbiq olunan sığorta tarixçəsi əmsalı barədə məlumat təqdim olunur.

Yeni rəqəmsal funksionallıq vətəndaşlara sığorta müqaviləsi bağlamazdan əvvəl sığorta haqqı və həmin məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə etmək imkanı verir.

Bundan əlavə, İSB-nin www.isb.az rəsmi internet səhifəsi vasitəsilə təqdim olunan Şəxsi Kabinet də yenilənərək ekran görünüşü və funksional imkanları təkmilləşdirilib. Yenilənmiş Şəxsi Kabinet vasitəsilə artıq sığortalılar qüvvədə olan icbari sığorta müqavilələri barədə məlumatları daha rahat əldə edə, o cümlədən sığorta müqaviləsinin bitmə tarixini öyrənə bilərlər. Aparılan yeniliklər sığorta məlumatlarına çıxışı asanlaşdırır və rəqəmsal xidmətlərdən istifadə imkanlarını genişləndirir.

 

İcbari Sığorta Bürosu İSB icbari sığorta avtomobil sığortası sığorta haqqı sığorta haqqının hesablanması AVSMMİS Şəxsi Kabinet myGov ID SİMA İmza Asan İmza elektron imza sığorta tarixçəsi əmsalı avtomobil sahibləri
05.10.2026 14:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar