Bakıda 3-cü dəfə Biznes İdarəçiliyi Forumu keçiriləcək!
Forumun biletləri artıq satışdadır. Biletin qiyməti 200 manatdırUzun müddətdir davam edən pandemiya sonrası sahibkar və rəhbər şəxsləri bir araya toplayan Biznes İdarəçilik Forumu “Əl-Ələ dirçəliş !” sloqanıyla 19 noyabr tarixində "JW Absheron Marriot" hoteldə keçiriləcək.
Forumun təşkilatçısı "SAT Group"un yaydığı məlumata görə, Azərbaycanda Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımdan Biznes İdarəçiliyi Forumunun keçirilməsində əsas məqsəd dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.
"BİF2021" "SAT Group" şirkəti tərəfindən üçüncü dəfə təşkil olunur.
Bu il 3 panel, 3 moderator və hər paneldə 3 spiker olmaqla, toplam 9 spikerin olması planlaşdırılıb. Forumda spikerlər "Biznes Strategiyası", "İdarəetmə alətləri və trendləri", "Post-pandemiya dövründə idarəetmə" panellərində çıxış edəcəklər.
Spikerlərin siyahısı:
Biznes Strategiyası paneli
Moderator: Anar Bayramov (STAR Group, Ceo)
Spiker: Qabil Əhmədov (Mars Overseas Baku LTD/ Pepsi Bottlers Azerbaijan, Baş Direktor)
Spiker: Dəyanət Ağayev ( SAT Group, Biznes Konsultant)
Spiker: Elvin Hacıyev (Technol, Sahibkar)
İdarəetmə alətləri və trendləri paneli
Moderator: İlkin Manafov (Mutfakçı, Sahibkar)
Spiker: Emin Əsgərov (Pronet, Sahibkar)
Spiker: Qaçay Mirzəyev (Microsoft Azerbaijanın rəsmi nümayəndəsi)
Spiker: Günay Cəlilova (YeloBank, İdarə heyətinin sədrinin müavini)
Post-pandemiya dövründə idarəetmə paneli
Fasilitator: Vüqar Sadiq (Kapital Bank, CEO Advisor)
Spiker: Sabir Niftəliyev (Star Group, Həmtəsisçi)
Spiker: Balağa Cəfərov (Altair, Sahibkar)
Spiker: Eşqin İsmayıllı (Bolmart-Grandmart, CEO)
Nəzərinizə çatdıraq ki, Forumun biletləri artıq satışdadır.
Biletləri Facebook səhifəsində onlayn sifariş göndərməklə, saytda qeydiyyatdan keçməklə və +994554555645 nömrəsi ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.
Biletin qiyməti: 200 AZN
Çatdırılma pulsuzdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 3 d. əvvəl
-
- 5 d. əvvəl
-
50 d. əvvəl
Yeni mövsüm başlayır, Baku Electronics-də “Seçimlər Hazırdır”! ®
-
56 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satıcıdan sürücüyə qədər vakansiyalar - İşə qəbul aparılacaq tarix və ünvanlar ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Rusiya ilə ticarətində ciddi azalma - 3-cü yerdən 5-ci yerə düşüb
-
1 saat əvvəl
Epoint və STEP IT Academy rəqəmsal bacarıqların inkişafı üçün əməkdaşlığa başlayıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Ümumi idxal azalsa da, xaricdən ərzaq alışı isə artıb
Xaricdən mal alışına 3,7 milyard dollar az xərclənib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Aylıq 1%-dən başlayan “Lombard” krediti ®
Azərbaycanda minik avtomobili istehsalı azalıb, yük avtomobillərinin istehsalı 2,7 dəfə artıb























