"Azər Türk Bank"la pulunuz daha sürətlidir
Müasir bankçılıq texnologiyaları əsasında fəaliyyət göstərən Azər Türk Bank ölkədaxili və ölkəxarici pul köçürmələri həyata keçirmək istəyən müştərilərə bu istəklərini qısa müddət ərzində yerinə yetirmək imkanı yaradır.
Müştərilər Banka müraciət edərək hesab açmadan Azərbaycanın istənilən regionuna, eləcə də dünyanın 200-dən artıq ölkəsinə bir neçə dəqiqə ərzində sərfəli şərtlərlə pul köçürə bilərlər. Azər Türk Bank təcili pul köçürmələrini Western Union, Contact, UPT və Monex kimi təcili pul köçürmə sistemləri vasitəsilə həyata keçirir.
Bankda həmçinin, SWIFT sistemi vasitəsilə hesabdan hesaba pul köçürmək də mümkündür. Azər Türk Bank bu sahədə Citibank, Commerzbank, Raiffeisen Bank kimi dünyanın məhşur bankları ilə əməkdaşlıq edir ki, bu da pul köçürmə əməliyyatlarının təhlükəsiz, rahat və sürətli olmasına təminat verir.
Müştərilər bank hesabı açmadan sürətli pul köçürmələri, eləcə də hesabdan hesaba pul köçürmələri xidmətlərindən yararlanmaq üçün Azər Türk Bankın istənilən xidmət ofisinə müraciət edə bilərlər.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
























