AQTA sədri “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyini qəbul edib
“Azərsun Holdinq” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığı genişləndirəcək.Oktyabrın 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyini qəbul edib.
MArja xəbər verir ki, görüşdə AQTA sədri Q. Təhməzli ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin edilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin bütün zəruri metodiki göstərişlərə əməl etməsinin vacib olduğunu bildirib.
Qeyd edilib ki, əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin olunmasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.
Səmimi qəbula görə təşəkkür edən “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyi əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin istehlakçı hüquqlarının müdafiəsi istiqamətində səylərin daha da artırılacağını bildirib.
Görüş çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən metodiki dəstəyin artırılması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























