17 hotelə milli ulduz dərəcələri təqdim olundu
Sentyabrın 30-da Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2015-ci ildə turizm sahəsində lisenziyaların ləğv olunmasından sonra bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlərin üst-üstə düşmədiyini, bəzi hallarda isə ulduzlaşmanın ümumiyyətlə aparılmadığını qeyd edib.
Hotelçiliyin turizmin sütun sahələrindən biri olduğunu vurğulayan Fuad Nağıyev bildirib ki, ulduzlaşma məqsədilə beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb.
O, ilkin monitorinqlərə əsasən, təəssüf ki, bir sıra hotellərin iddia etdikləri ulduz dərəcəsini ala bilməyəcəklərini, buna səbəb onların malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayı, eləcə də keyfiyyətindəki çatışmazlıqlar olduğunu diqqətə çatdırıb.
Fuad Nağıyev iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən konsultativ dəstəyin göstəriləcəyini bildirib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Milli Ulduz Təsnifatı əsasında ulduz dərəcələrinin verilməsinin hotellər arasında sağlam rəqabətə səbəb olacağını və onlara özlərini daha düzgün təqdim etmək şansı verəcəyini söyləyib.
Tədbirdə, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
Daha sonra monitorinq prosesindən uğurla keçmiş 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.
Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























