1,2 milyon manat investisiya ilə döşək istehsalı müəssisəsi yaradılıb - 35 İŞ YERİ
Sentyabrın 24-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Masallı Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub.
Media nümayəndələrinə məlumat verilib ki, qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və məhəllələri önəmli mexanizmlərdir.
Bildirilib ki, Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye məhəlləsində 9 rezident qeydiyyatdan keçib və bunlardan 7-si fəaliyyətə başlayıb.
Dam örtükləri və aksesuarları istehsal edən “ELC-ZM” MMC-də KİV nümayəndələrinə məlumat verilib ki, illik istehsal gücü 1000 ton olan müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Zavodda 6 yeni iş yeri yaradılıb.
Sənaye Məhəlləsində fəaliyyət göstərən daha bir müəssisə tikinti materialları istehsalı ilə məşğul olan “Kainat-2016” MMC-dir. İnvestisiya dəyəri 500 min manat olan müəssisədə 15 nəfər daimi işlə təmin edilib. İldə 4500 m3 taxta məmulatları istehsal etmək gücündə olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Media mənsubları “Foriella” MMC-nin döşək və metal yay hissələri istehsalı müəssisəsində də olublar. Məlumat verilib ki, müəssisənin yaradılmasına 1,2 milyon manat investisiya qoyulub və 35 iş yeri yaradılıb. Layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Daha sonra media nümayəndələri “BAF” MMC-nin dekorativ divar örtüyü istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, müəssisənin yaradılmasına 350 min manat investisiya qoyulub və 7 nəfər işlə təmin edilib. Müəssisənin illik istehsal gücü 30 tondur.
Sənaye Məhəlləsində mətbəx və uşaq mebeli istehsalını həyata keçirən fiziki şəxs Süleyman Qurbanova məxsus müəssisəyə 100 min manat investisiya yatırılıb və 10 iş yeri yaradılıb.
Masallı Sənaye Məhəlləsində fiziki şəxs Ramin Əsgərov tərəfindən yaradılan plastik qapı və pəncərə istehsalı müəssisəsinə 100 min manat investisiya qoyulub.
KİV nümayəndələri fərdi sahibkar Əsəd Əzizova məxsus yumşaq və mətbəx mebeli istehsal edən müəssisənin fəaliyyəti ilə də tanış olublar. Müəssisədə hazırda 5 nəfər işlə təmin edilib.
Qeyd edək ki, hazırda ölkədə 5 – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Sənaye məhəllələrində ümumilikdə, 36 rezident qeydiyyatdan keçib və bunlardan 16-sı fəaliyyət göstərir. İndiyədək sahibkarlar tərəfindən sənaye məhəllələrinə 74,5 milyon manat investisiya yatırılıb. Növbəti mərhələdə əlavə olaraq 43 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye məhəllələrində bu günədək 109 milyon manat dəyərində məhsul istehsal edilib. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici ölkələrə də ixrac edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 21 saat sonra
-
17 d. əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
-
- 28 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
-
59 d. əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ən çox oxunanlar
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb















