Mançester Yunayted-in zərəri 3 dəfədən çox artıb
Pandemiya futbol nəhəngini çətin vəziyyətə salıb...İngiltərənin ən aparıcı futbol komandalarından olan Mançester Yunayted hələ də koronavirus pandemiyasından ciddi əziyyət çəkir.
Marja xəbər verir ki, bu barədə klubun icraçı sədrinin müavini Ed Vuudvard 2021-ci ilin iyununda bitən maliyyə ili üzrə nəticələrin təqdimatında bildirib.
Son 2 mövsüm pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər Mançesterin maliyyə vəziyyətinə və gəlirlərinə mənfi təsir göstərməkdə davam edib. 2019-cu ilin iyununda bitən il üzrə toplam gəlirlər 627,12 milyon funt idisə, 2020-ci ilin iyununda bitən dövrdə bu rəqəm 509 milyon funt-sterlinq, iyun 2020-iyun 2021 dövründə isə daha 3% azalaraq, 494 milyon funt (681,41 milyon dollar) təşkil edib. Kommersiya gəlirləri isə 16,8% azalıb.
2019-2020-ci il mövsümündə 23 milyon funt təşkil edən xalis zərər bu ilin birinci yarısında bitən dövrdə 3 dəfədən çox artaraq, 92,2 milyon funta (127 milyon dollardan çox) çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























