Cubics POS Kassa və Satış sistemini yenidən icad etdi
Cubics POS unikal interfeysə malikdir. Proqram təminatından əlavə, həm də avadanlıq da təqdim edilir. Bütün sistem tam etibarlı şəkildə qurulur.
(®️) İnformasiya texnologiyaları ticarətə öz təsirini göstərməkdə davam edir. Bunun nəticəsi olaraq iş adamlarının biznesi idarəetməsi daha da rahatlaşıb, hesabatların aparılması isə daha da təkmilləşdirilib. Əvvəllər satış və kassa sistemini avtomatlaşdırmaq yalnız orta və böyük dükanların nəzərində idisə, indi bu prosesi kiçik mağazalar da inteqrasiya etmək istəyir. Səbəb – rəqabətin artmasıdır və müştərilərə daha keyfiyyətli xidmətin göstərilməsidir.
Avtomatlaşdırılmanı nədən başlamaq lazımdır?
Bu proses 1 zəngdən başlayır. Belə ki, Cubics Technology şirkəti bütün həlləri sıfırdan hazırladığı üçün, biznesi proqram təminatına yox, proqram təminatını biznesə uyğunlaşdırır.
Zəngdən sonra nə baş verir?
Siz zəng edib biznesiniz haqda ətraflı məlumatı şirkətin mütəxəssislərinə dedikdən sonra, onlar Sizinlə görüş təyin edir. Görüşün nəticəsi olaraq Cubics ekspertləri Sizin biznesinizi tam anlayır və Sizə geri dönüş etmək üçün növbəti görüş vaxtını təyin edir. Bu müddət ərzində Cubics Technology biznesinizin kassa və satış sistemini avtomatlaşdırmaq üçün addımlar, vaxtlar və qiymətlərdən ibarət təklifi hazırlayır. Növbəti ikitərəfli görüş zamanı bu məqamlar müzakirə edilir və qərar qəbul edilir.
Cubics POS digərlərindən nə ilə fərqlənir?
İlk olaraq – Cubics POS unikal interfeysə malikdir. Bu məhsul tərtib edilən zaman 3 klik prinsipinə əsaslanıb. Belə ki, istifadəçi istədiyi məlumatı həqiqətən də 3 klikə əldə edə bilir.
İkinci vacib məsələ - Cubics Technology şirkəti iş adamlarının rahatlığını nəzərə alıb və bu həll üçün proqram təminatından əlavə, həm də avadanlıq da təqdim edir. Belə ki, Siz daha avadanlığı haradan alıb onu bu sistemə necə inteqrasiya edəcəyiniz barədə düşünməyəcəksiniz.
Üçüncü vacib məqam – bütün sistem tam etibarlı şəkildə qurulur. Burada məsələ təkcə bu həllin etibarlı serverdə yerləşdirilməsindən deyil, sistem tam yerli şirkət tərəfindən qurulduğu üçün, dəstək xidmətinin də vaxtında və etibarlı şəkildə reallaşdıırılmasından gedir.
Cubics POS özündə nə kimi xüsusiyyətləri daşıyır?
Cubics POS sahibkarlara kassa və satış sistemini tam avtomatlaşdırmağa imkan yaradır. Belə ki, biznes sahibi anbar modulu ilə anbardakı vəziyyəti, maliyyə modulu ilə gəlir, xərclər və maliyyə sabitliyini, CRM modulu ilə müştəri bazasını, kadrlar modulu ilə əməkdaşların iş keyfiyyətini, təchizat modulu ilə gələn malların sayını və qiymətini rahatlıqla görə bilir. Bu da öz növbəsində biznesin daha da effektiv idarəedilməsinə birbaşa təsir edir.
Cubics POS biznes həllini necə əldə etmək olar?
Bu biznes həllini əldə etmək üçün Cubics Technology şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrələri
*3881
(050) 271 19 66
Vebsayt:
Ünvan:
Bakı şəhəri, Bakıxanov küçəsi, 6
Bridge Plaza, 7-ci mərtəbə
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 15 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı
-
32 d. əvvəl
Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir
-
48 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

İlon Maskın sərvəti 500 milyard dolları görüb

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı

AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı

Rəsmi məzənnələr açıqlandı

Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
