Antisanitar şəraitdə fəaliyyət göstərən pendir istehsalı müəssisəsi aşkarlanıb
Bərdə pendiri antisanitar şəraitdə hazırlanıb, heç bir etiketləmə aparılmadan satışa təqdim edilib.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində yerləşən, fiziki şəxs Rüstəmov İsmayıl Rüstəm oğluna məxsus pendir istehsalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların üzərində heç bir etiketləmə aparılmadan satışa təqdim edildiyi aşkar edilib.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























