Ağdaşda yeni istehsal kooperativi yaradılıb
Ağdaş rayonunun Yenicə kəndində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Aran" İstehsal Kooperativi yaradılıb.
KOBİA-nın yaydığı məlumata görə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarət kooperativ 57 hektar ərazini əhatə edir. Kooperativə məxsus torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin, o cümlədən 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.
KOBİA-nın Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aran" İstehsal Kooporativinin yaradılması üçün müvafiq sənədlərin hazırlanması və kooperativin qeydiyyatı prosesində zəruri informasiya və məsləhət xidməti, hüquqi yardım göstərilib, sahibkar kooperativlər və vergi qanunvericiliyi barədə ətraflı məlumatlandırılıb.
KOBİA və Agentliyin regional struktur bölmələri olan KOB İnkişaf Mərkəzi və KOB dostu tərəfindən “Aran” İstehsal Kooperativinə ehtiyacına uyğun olaraq lazımi dəstək davam etdiriləcəkdir.
Qeyd edək ki, kənd təsərrüfatı kooporativlərinin yaradılması mövcud resurslardan (torpaq, əmlak və s.) daha səmərəli istifadəyə imkan verir, fermerlərin xərclərini azaltmaqla gəlirlərini artırır. Kooperativlər həmçinin, təsərrüfata iri investisiyaların cəlb edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və aqrar sahədə klasterləşmənin təşviqi baxımından da əhəmiyyətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























