Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin də olduğu 23 nəfər təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, aparılan istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə 16 il 6 ay, D.XəIilov 14 il 6 ay, İ.Hidəyətzadə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxslərin Bakı Apelyasiya Məhkəməsinə şikayətindən sonra C.Hacıyev və D.Xəlilovun cəzasının 3 ay, İ.Hidayətzadənin cəzasının isə 6 ay azaldılması ilə bağlı qərar çıxarılıb. Qərardan narazı qalan C.Hacıyev və digərləri ötən il Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli qərarı ilə C.Hacıyev və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci ildə çıxarılan qərarı ləğv olunub və iş ilə bağlı mülki iddiaya dair hissədə yeni apellyasiya baxışı təyin edilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























