200 min manatadək kreditlər üzrə biznes-plan tələbi aradan qaldırıldı - MÜVƏQQƏTİ SƏDRDƏN AÇIQLAMA
"Güzəştli kredit üçün müraciət edən sahibkar 12 deyil, 6 sənəd təqdim edəcəklər"Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib.
Bunu Fondunun fəaliyyətinə, sahibkarlar üçün tətbiq edilən yeni qaydalara dair mətbuat konfransında çıxış edərkən qurumun İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icra edən Osman Xaliyev deyib.
Onun sözlərinə görə, sadələşmə planı çərçivəsində sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.
Sahibkarlıq subyektləri arasında aparılan sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib.
"Bununla əlaqədar, Fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, kredit üzrə müraciət edən sahibkarlıq subyektləri hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq, 6 sənəd təqdim edəcəklər", - deyə O. Xaliyev qeyd edib.
SİF rəhbərinin sözlərinə görə, digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqinin aradan qaldırılması ilə bağlıdır.
"Plana əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına dair hüquqi sənədləri, fiziki şəxsin və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsi və sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin notarial qaydada təsdiq edilməsinə ehtiyac qalmayacaq", - deyə o əlavə edib.
Həmçinin qeyd olunub ki, təhlillər nəticəsində ortaya çıxan digər məsələ tələblərə uyğun təqdim edilməyən sənədlərə görə maliyyələşməsindən imtina edilmiş müraciətlər üzrə sahibkarlıq subyektləri və kredit təşkilatları tərəfindən müvafiq sənədlərin təkrar yığılmasıdır.
"Dəyişikliklərə əsasən, təqdim edilən sənədlərə SİF-ə daxil olduqdan sonra 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək və çatışmazlıq aşkar olunduqda kredit üzrə müraciətə imtina verilmədən çatışmazlıqların aradan qaldırılması məqsədilə müvəkkil kredit təşkilatına geri qaytarılacaq. Çatışmazlıqlar olan sənədlərin baxılmadan kredit təşkilatlarına geri qaytarılması müvəkkil kredit təşkilatları və sahibkarlar üçün maliyyələşmə ilə bağlı vaxt itkisini aradan qaldıran ən vacib sadələşmə şərtlərindən biridir", - deyə O. Xaliyev qeyd edib.
Fondun rəhbərinin sözlərinə görə, digər məsələ güzəştli kreditlərə müraciət zamanı sahibkarlar 50 min manatdan yuxarı məbləği əhatə edən layihələri üzrə biznes plan təqdim etməli olurdu ki, bu da sahibkarlar üçün, xüsusən regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün müəyyən çətinliklərə yol açırdı.
"Yeni dəyişikliklər 200 min manatadək kreditlər üzrə biznes-plan tələbinin aradan qaldırılmasını ehtiva edir. Bu dəyişikliyə əsasən, kreditlər üzrə sadələşmiş ekspertiza mexanizmi qurulur, biznes plan əvəzinə, yalnız zəruri məlumatlar alınmaqla maliyyə-kredit təhlili aparılır", - deyə Fondun rəhbəri bildirib.
Sonuncu vacib məqam ondan ibarətdir ki, 50 min manatadək kreditlər üzrə ilkin monitorinqin keçirilməsinə ehtiyac olmayacaq. Belə ki, sahibkarların qeyd olunan məbləğədək müraciətləri üzrə təqdim olunan məlumatları əsasında qiymətləndirmə aparılacaq. Bu, həmçinin layihəyə qısa zamanda baxılmasına şərait yaradacaq.
SİF tərəfindən qəbul edilən Sadələşmə planının tətbiqinə cari ilin 1 sentyabr tarixindən başlanılıb. Qeyd olunan sadələşmə güzəştli kreditlər üzrə müraciət edən sahibkarların işini asanlaşdıracaq, zamana və vəsaitə qənaəti, müraciətlərə müvəkkil kredit təşkilatı və Fond tərəfindən operativ formada baxılmasını təmin edəcək.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
6 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
11 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
11 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb




















