1,5 milyard dollar - transferə ən çox pul xərcləyən kimdir?
Messidən kədərli ayrılıq, Ronaldodan şok keçid, Mbappe-nin qiyməti “at belində”...Dünyanın ən iri futbol məkanı olan Avropada futbol üzrə yay transfer pəncərəsi dünən bağlanıb. Bir sıra maraqlı keçidlərin, ayrılıqların, son andakı şok qərarların və baş tutmayan böyük transferlərin yaşandığı mövsüm nə ilə yadda qaldı?
Marja sizin üçün əsas məqamları bir arada toplayıb....
“Pul bir səndədir, bir də ingilisdə”...
İngiltərə Premyer Liqası Avropada transferlərə ən çox pul xərcləyən çempionatdır - 1,1 milyard funt-sterlinq (1,5 milyard dollar). Lakin bu rəqəm özü ötən ildən 11%, 2019-cu il mövsümündən isə 29% azdır.
Digər maraqlı məlumatlar:
Premyer Liqa klubları 148 yeni oyunçu alıb (2020-ci ildə 132, 2019-cu ildə 128);
Transferə ən çox xərcləyən klublar:
Arsenal - 140 milyon funt (“Brayton”-dan Ben Uayt, “Real Madrid”-dən Martin Odegaard, “Şeffild Yunayted”-dən Aaron Ramsdal və s.);
Mançester Yunayted - 120 milyon funtdan çox (“Yuventus”-dan Kriştiano Ronaldo, “Borussiya Dortmund”-dan Jadon Sanço, “Real Madrid”-dən Rafael Varan);
Mançester Siti - 100 milyon funtdan çox (“Aston Villa”-dan Cek Qriliş - bir oyunçuya görə mövsümün rekord transferi);
Çelsi - 98 milyon funt (“Inter Milan”-dan Romelu Lukaku).
İtaliya A Seriyası 653 milyon dollarla bu mövsüm Avropada İngiltərədən sonra transferlərə ən çox pul xərcləyən çempionatdır. Ən iri transferlər arasında “Roma”-nın Terri Abrahama görə “Çelsi”yə 40 milyon avro, “AC Milan”-ın Fikayo Tomori üçün yenə “Çelsi”-yə 29 milyon avro, “Juventus”-un Ueston Makkenniyə görə “Şalke”-yə 20,5 milyon avro ödəməsini göstərmək olar.
Mövsümün baş tutmayan ən səs-küylü və bahalı keçidi isə bu mövsüm həm də “Barselona”-dan Argentinalı ulduz Messini heyətinə qatan fransız klubu “PSJ”-nin Kilian Mbappeni 137 milyon dollardan çox təklif edən digər ispan nəhəngi “Real Madrid”-ə satmaması oldu.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 7 d. əvvəl
-
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























