“İdeal”ın keçmiş sahibi: “Əmtəə nişanını və halallığımı istəyirəm”
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda şahid ifadə verib.
Şahid Leyla Novruzova İlqar İsmayılovun “Şəhər bağları”nda aldığı evin əvvəlki mülkiyyətçisi olub.
İttihama görə, İlqar İsmayılov “İdeal”ın xəzinəsindən götürüb mənimsədiyi 680 min manatın 280 minini 248 kvadrat metrlik 5 otaqlı mənzilin alınmasına xərcləyib. Leyla Novruzova məhkəmədə bildirib ki, həmin mənzili görməmişdi, sadəcə, onun adına olub. Alqı-satqı zamanı da alan şəxsin kimliyini bilməyib. Sadəcə, şəxsiyyət vəsiqəsini götürüb, ona müəyyən sənədlərə imza atdırıblar. Başqa heç nədən xəbəri yoxdur.
Leyla Novruzovanın istintaqa ifadəsində isə göstərilib ki, mənzili İlqar İsmayılova satıblar, həmin vaxt o, “İdeal” mağazalarının sahibi olduğunu deyib və s.
Şahid məhkəmədə bildirib ki, istintaqda belə ifadə verməyib. Çünki heç nədən xəbəri yox idi, bütün məsələləri həyat yoldaşı həll eləyirdi:
“Prokurorluqda da yoldaşımla birlikdə ifadə vermişik. Ola bilər, yoldaşımın dediklərini mənim də adıma yazıblar”.
İlqar İsmayılov Leyla Novruzovadan evin faktiki sahibi Kənan adlı şəxsi tanıyıb-tanımadığını soruşub. Leyla Novruzova Kənanın tanıdığını və qohum olduqlarını təsdiqləyib. Evin faktiki sahibinin Kənan olub-olmaması sualına konkret cavab vermədən qeyri-müəyyən cavablar verib:
“Qohumlar toplaşıb, bizə kömək üçün beşotaqlı evi almışdılar. Sonradan borc vardı deyə, mənzili satmaq qərarına gəldik”.
İlqar İsmayılov isə deyir ki, o mənzili Novruzovlardan yox, Kənan adlı şəxsdən alıb. Qiymət də 280 min yox, 1 milyon manat civarında olub, Novruzovları da heç vaxt görməyib:
“O yerdə 248 kvadrat metrlik təmirli mənzil o qiymətə ola bilməzdi axı. İstintaq ittihamı əsaslandırmaq üçün yalan yazıb”.
İş adamının vəkilləri sözügedən mənzillə bağlı qiymətləndirmə şirkətinin rəyini də məhkəməyə təqdim edib. Orada mənzil 1 milyon manat qiymətləndirilib.
Daha sonra İlqar İsmayılovun ortağı ilə e-mail yazışmalarının cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı ötən prosesdə vəkillərin verdiyi vəsatət müzakirə edilib. Prokuror və zərərçəkmiş tərəf etiraz etsə də, məhkəmə vəsatəti təmin edib və hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində və hökm çıxararkən yazışmalara qiymət veriləcək.
İlqar İsmayılov məhkəmədə bildirib ki, heç bir mənimsəməyə yol verməyib:
“18 ilk şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Biz digər təsisçi ilə 5 il 3 ay birlikdə çalışmışıq, çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Bəzi məsələlər var ki, mən məhz kəsdiyimiz çörəyə görə açıqlamaq istəmirəm. Mənim atam da fəhlə olub, bizə halal çörək yedirib. Mən əlimdən alınan “İdeal” əmtəə nişanını və 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm” - deyə İlqar İsmayılov bildirib.
Zərərçəkmişin vəkili bu mesajı təmsil etdiyi tərəfə çatdıracağını bildirib.
Növbəti proses avqustun 26-a təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2013-2016-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 8 d. əvvəl
-
-
15 d. əvvəl
İlk faza sürətlə satıldı, indi 2-ci faza satışdadır - 1 kv.m 1600 manatdan
-
30 d. əvvəl
Azərbaycan avtomobil idxalına “əyləc basdı” – bazar 363 milyon dollar kiçilib
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub ®
-
1 saat əvvəl
19 illik təcrübəyə malik Əmir Məmmədov PAŞA Holding-də yüksək vəzifəyə təyin olundu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib
-
2 saat əvvəl
25 min manatlıq avtomobil qəza keçirərsə, 5 min manatdan çox dəyər itirə bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Meta 1,4 trilyon dollarlıq məhkəmə riski ilə üz-üzədir
19 illik təcrübəyə malik Əmir Məmmədov PAŞA Holding-də yüksək vəzifəyə təyin olundu
1997-ci ildə bir məntəqə ilə başladı, indi sayı 110-a çatıb
Tramp "Məkkə sazişini" alqışlayıb
Rəsmi məzənnələr açıqlandı
İri bank qızılın qiymətinin 2026-cı ilin sonunadək 5200 dollara yüksələ biləcəyini proqnozlaşdırır
Qızıl 4400 dolları keçdi – FED-in protokolları və neft bazarındakı risklər diqqət mərkəzindədir


























