"Bu virusa qarşı müalicə vasitəsi yoxdur, təsərrüfatda bütün bitkilər məhv olunur, yandırılır və basdırılır"
“Elə sistem qurulmalıdır ki, ölkəyə daxil olan əkin-biçin məhsullarına nəzarət olunsun”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müavini Balarəhim Quliyevin müsahibəsi.
- Hazırda dünyanın bir çox ölkələrində yayılmış bitki mənşəli virusların iqtisadi təhlükəsi nədən ibarətdir?
- Əvvəla, onu deyim ki, bu viruslar nisbətən yeni yayılmış xəstəliklərdir. Hazırda Almaniya, Belçika, Hollandiya İspaniya kimi ölkələrdə, o cümlədən qardaş Türkiyədə kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus geniş yayılıb. Bunlar əsasən bipinomozaik və qonur qırışıqlığı viruslarıdır. Bu viruslar əsasən pomidora zərər versə də, badımcan, bibər, tütün kimi digər bitkilərə də ciddi ziyan vura bilir. Virus insan orqanizminə mənfi təsir göstərməsə də, kənd təsərrüfatı məhsullarına vurduğu zərər hətta 40-80 faiz həcmində ölçülə bilir. Virusun təsiri nəticəsində məhsulların əmtəəlik nüfuzu son dərəcə pozulduğundan onlar artıq istehlak üçün yararsız məhsul sayılır. Bu səbəbdən virusun iqtisadi zərəri çox böyük həcmlərlə ölçülür. Hazırda bu virusa qarşı hansısa müalicə vasitəsi yoxdur, yəni əgər təsərrüfat yoluxubsa, onu sağlamlaşdırmağın hər hansı metodu mövcud deyil. Burada yalnız bir çıxış yolu qalır, həmin təsərrüfatda bütün bitkilər məhv olunur, yandırılır və basdırılır. Həmin təsərrüfat dezinfeksiya olunur. Ən azından 2-3 il müddətində həmin torpaqda hər hansı bitkinin becərilməsi həyata keçirilməməlidir. Ona görə də həm vurulan ziyan, həm də sonrakı illərdə təsərrüfatın istifadə olunmaması baxımından virusun iqtisadi zərəri çox böyük zərərlərlə ölçülür.
- Rusiya idxal olunan bəzi bitkiçilik məhsullarında aşkarlanan viruslarla bağlı xəbərdarlıq edib. Bununla bağlı bu ölkəyə məhsul tədarük edən sahibkarlar hansı qaydalara əməl etməlidir?
- Artıq 2020-ci ilin sonlarından Ermənistandan, qardaş Türkiyədən daxil olan pomidorda qonur qırışıqlığı virusu, Qazaxıstan, Türkmənistan, Özbəkistan dövlətindən daxil olan pomidorda isə bipinomozaik virus aşkarlandığı üçün Rusiya Federasiyası tərəfindən həmin ölkələrin müəyyən vilayətlərindən məhsul gətirilməsinə qadağa qoyulub.
Son dövrlər artıq bu cür nativiqasiyalar yəni bildirişlər Azərbaycana da daxil olmaqdadır. İlk dəfə bu ilin aprelin 23-də Azərbaycanda fəaliyyət göstərən “Gözəl təbiət” MMC təsərrüfatına məxsus pomidor bitkisində Rusiyadan qonur qırışıqlıq virusunun aşkarlanması ilə bağlı bizə bildiriş daxil olub. Dərhal AQTA-nın mütəxəssisləri tərəfindən müəssisədə monitorinq keçirilib. Məhsullardan götürülən nümunələr həm AQTA-nın laboratoriyasına, həm də Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin araşdırmalar laboratoriyasına göndərilib. Lakin müayinələrin nəticələrinə əsasən, nümunələrdə virus aşkar olunmadı.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri mayda Azərbaycanda səfərdə olan zaman həmin təsərrüfata baxış keçirib. Yenə də nümunələr götürülüb Rusiyaya göndərildi və nəticələrə görə virus aşkar olunmadı. Ona görə də həmin təsərrüfata tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Sonrakı dövrdə isə Azərbaycanda fəaliyyət göstərən “Can aqro” və “Geotermal aqro” MMC-lərin məhsullarında epina mozaik, eyni zamanda “Lokal garden” MMC-nin yük partiyasında isə qonur qırışıqlıq viruslarının aşkar olunması ilə əlaqədar Azərbaycana bildirişlər daxil olub.
- Bitki mənşəli virusların qarşısının alınması istiqamətində AQTA müvafiq qurumlarla birgə hansı tədbirləri görür?
- Bununla əlaqədar, AQTA həmin müəssisələrdə monitorinqlər keçirib. Ancaq bu bildirişlər gec daxil olduğuna və hazırda istilikxanalar öz məhsullarını istehsal edib bitirdiyinə görə monitorinq zamanı orada məhsula rast gəlmədik. Amma aldığımız məlumata uyğun olaraq həmin müəssisələrdə ştillər yığışdırılıb, xüsusi qaydada yandırılıb, basdırılıb və müəssisələr dezinfeksiya olunub. Yəni biz, profilaktik olaraq tədbirlər həyata keçirmişik. Virusun Azərbaycanda aşkarlanması hələ təsdiq olunmayıb. AQTA buna baxmayaraq, ciddi xəbərdarlıq edir, əlaqədar qurumlara müraciətlər ünvanlanıb. Əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupların yaradılmasını təklif etmişik.
- Ölkəyə əkin-səpin materiallarının idxalı zamanı yoxlama-nəzarət tədbirləri necə həyata keçirilir?
- Xəstəliyə qarşı hər hansı sağlamlaşdırma tədbirləri olmadığına görə, burada bizim ilkin işimiz ölkə sərhədlərini xəstəliyin keçməsindən qorumaqdır. Xəstəliyin yayılmasına səbəb ölkəyə idxal olunan əkin-səpin üçün olan toxumlardır. AQTA ölkəyə rəsmi yollarla, gömrük nəzarətindən keçən toxumlara nəzarət edir, laborator müayinələr götürülür. Bundan sonra həmin həmin toxumların istifadəsinə icazə verir. Amma təəssüflə qeyd edim ki, ölkəyə qeyri-qanuni yollarla, əl yükləri ilə, müxtəlif poçt göndərişləri və yaxud avtomobillərin yük yerlərində dövlət nəzarətindən keçmədən əkin-səpin materialları daxil olur. İşin təhlükəliliyi bundadır ki, həmin məhsullar AQTA-nın nəzarətindən keçmir, ona görə də ölkəyə xəstəliyin daxil olmağına şərait yarana bilər. Mən bir haşiyə də çıxım, yaxın vaxtlarda İspaniyadan ölkəyə pomidor toxumu daxil olmuşdu. Biz o toxum partiyasından nümunə götürdükdə həmin toxumda qonur qırışıqlığı virusu olduğu aşkar edildi. Dərhal həmin virus müəyyən vasitələrlə zərələşdirildi və tərəfimizdən İspaniyanın müvafiq qurumuna məktub göndərildi. Onlar da araşdırmanı davam etdirib, doğrudan da bu virusu aşkar etdilər. Həmin toxum partiyası orada da zərərsizləşdirildi. Onu da qeyd edim ki, bizim diqqətli davranmağımız və fəaliyyətimizə görə, İspaniyanın müvafiq qurumu tərəfindən təşəkkür məktubu da daxil oldu. Çünki, anlaşılandır ki, bu çox ciddi bir məsələdir. Ona görə də biz müvafiq qurumlara müraciətlərimizdə bildirmişik ki, təcili olaraq bu sahədə nəzarət gücləndirilməlidir. Əgər, virus ölkəyə düşərsə, asanlıqla müxtəlif təsərrüfatlara yayıla bilər. Virus müxtəlif alətlərlə, geyimlə, müxtəlif vasitələrlə digər təsərrüfatlara da yayıla bilər. Xəstə ştillər xüsusi qaydada yandırılıb, basdırılmasa, ətrafa atılsa, virusun ölkə ərazisində yayılmasına zəmin yarana bilər. Ona görə elə sistem qurulmalıdır ki, ölkəyə daxil olan əkin-biçin məhsullarına nəzarət olunsun.
Əlavə olaraq qeyd edim ki, virusun qarşısını almaq üçün ölkədə olan hər bir təsərrüfat sahəsi monitorinq olunmalı və təcrübə üçün onlardan müayinələr götürülməlidir. Bunun üçün isə milli monitorinq proqramı yaradılmalı, bütün qurumlar orda təmsil olunmalı və hər kəs öz səlahiyyəti çərçivəsində üzərinə düşən işləri görməlidir. Ancaq burda bir sıra çətinliklərimiz var. Bildiyiniz kimi AQTA nisbətən yeni təşkilatdır. Bu yaxınlarda bizim üç yaşımız oldu. Təbii ki, bu dövr ərzində çox böyük uğurlarımız var. Keçirdiyimiz tədbirlər sırasında Azərbaycanda olan bir çox əkin sahələri qeydiyyata alınıb və onların üzərində dövlət nəzarəti mövcuddur. Amma xeyli kiçik təsərrüfatlar var ki, belə ki onlar özlərini ailə təsərrüfatı hesab edirlər və qeydiyyata alınmayıblar. Amma, öz məhsulunu bazara çıxarır, satır və xaricə göndərirsə bu artıq sahibkarlıq fəaliyyəti hesab olunur. Bütün bu təsərrüfatlar AQTA-da qeydiyyata durmalıdırlar. Qeydiyyata durmayan müəssisə haqqında bizdə məlumat olmadığına görə, onun üzərində dövlət nəzarəti də olmur. Qeydiyyatdan sonra artıq nəzarətlər həyata keçirilir yuxarıda qeyd etdiyim monitorinq qrupları vasitəsi ilə və nümunələr götürülərək müayinələr olunur. Ancaq bu zaman virusun qarşısı alına və onun yayılması riski aradan qaldırıla bilər.
Marja.az Telegramda: https://t.me/marjaaz
©️ “Report”
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
8 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
9 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
1 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
