“Həbsimi rəqib şirkətin rəhbərliyi sifariş verib, onaların cəzalandırılmasını istəyirəm”
"Mənə vurulan 1 milyon 750 min manat maddi və mənəvi zərərin ödənilməsini tələb edirəm""Elit SRC Group" MMC təhsil şirkətinin (“Elit Academy”) 2018 ci ildən həbsdə olan və 27 May 2018 tarixində azadlığa çıxan rəhbəri Kərimzadə Rüstəm Fuad oğlu onun həbsdə olduğu müddətdə mediada yayılan iddialara cavab olaraq açıqlama verib.
İlk öncə Rüstəm Kərimzadə qeyd edib ki, onun həbsi sifarişli olub.
O bildirib ki, rəhbəri olduğu təhsil şirkəti 2013 cü ildən fəaliyyət göstərir və 5000 dən artıq müraciətçiyə bu illər ərzində vicdan və şərəflə xidmət etmişdir və bugünə qədər heç bir şəxsi aldatmamış və ya yarı yolda qoymamışdır. Bununla yanaşı yüzlərlə tələbədən umumiyyətlə ödəniş almamış, həmçinin, şirkətin imkanları daxilində təqaüdlərdə təşkil etmişdir.
Rüstəm Kərimzadə qeyd edib ki, artıq Bakı Ağır Cinayətlər məhkəməsinin qanunsuz və əsassız hökmündən 13 Aprel 2021 ci il tarixində Apeyasiya şikayəti vermişdir: “İlkin apelyasiya məhkəməsi 25 iyun tarixində Bakı Apelyasiya Məhkəməsinin inzibatı binasına təyin olunmuşdur. Maraqlanan şəxsləri açıq məhkəmə iclasına dəvət edirəm”.
Rüstəm Kərimzadə əlavə edib ki, 2018 -ci ildən bugünə qədər olmuş ədalətsiz mühakimə davam edir:
"Bakı Ağır Cinayətlər məhkəməsinin barəmdə verdiyi qanunsuz və əsassız hökmdən mən və vəkilim Elçin Sadıqov Apelyasiya şikayəti vermişik. Apelyasiya şikayətimdə şəxsimə şər - böhtan atan insanların (şirkətin bəzi işçiləri, məmur əlbirləri və sifariş verənlər) Azərbaycan Respubliksının Cinayət Məcəlləsinə uyğun cəzaladırılmalarını, işi bugünə qədər qanunsuz olaraq gətirən müstəntiqlər barələrində qanunsuz əməllərinə görə cinayət işi açılmasını və qanunamüvafiq cəzalandırılmalarını, mənə vurulan maddi və mənəvi zərərin (1 milyon 750 min) ödənilməsi yönündə qərarın qəbul edilməsini Azərbaycan Respublikasının Konstitusiyasına və onun tələblərinə uyğun şəkildə məhkəmədən istəmişəm. İbtidai istintaq və birinci instansiya məhkəmə proseslərində yığılmış materiallardan da sübut olunub ki, şər atanlar rüşvət verib, müstəntiqlər isə rüşvət alan tərəfdirlər. Şər atanlar isə rüşvət verdiklərinə görə məsuliyyətdən yayınıblar. Şər atan şəxslərin, həmçinin, bu işi sifarişi verəni - rəqib şirkətin “Kaspi” liseyinin rəhbərliyinin məsuliyyətə cəlb olunması məsələsini qaldırmışam.
Nəzərinizə onu da çatdırım ki, iddia olunan və mənə qarşı ittihamın əsasını təşkil edən 33 nəfər zərərçəkənin heç biri hələ də 1 manat da olsun pul almayıbdır, çünkü mənim onları aldatdığıma dair bir sübut da 3 ilə yaxındır hələ ortaya qoyula bilinməyib. Yəni, məni həbs etdiklərindəki vəziyyət necə idisə, indi də eyni şəkildədir, olan isə mənim 2 il müddətində sifariş əsasında qanunsuz həbs müddətim olub”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























